Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində Şuşa incilərindən “Nəlbəkigül” xalçası qorunur
08.08.2022 09:20
  • A-
  • A
  • A+

Tarix Muzeyində Şuşa incilərindən “Nəlbəkigül” xalçası qorunur

Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunan Qarabağın maddi mədəniyyət nümunələri içərisində Şuşa xalçalarının özünəməxsus yeri var.

Təqdim olunan “Nəlbəkigül” adlı xalça XX əsrin əvvəlində toxunmuş, ərişi, arğacı və xovu yundur. Süni və təbii rəngli saplarla toxunmuş bu xalça yelən və ara sahədən ibarətdir. Ara sahənin yerliyi tünd göy rəngdə olan xalçaya üfüqi istiqamətdə cərgələrdə müxtəlif rəngli yarpaqlı qızılgül təsvirləri toxunub. Yelən haşiyədəki nəbati təsvirlər stilizə olunub və spiralvarı budaqların əhatəsində təsvir olunub.

Qarabağ xalçalarına məxsus gözəlliyi, sadəliyi özündə təcəssüm etdirən, Şuşa qrupuna aid “Nəlbəkigül” xalçası muzeyin Etnoqrafiya fondunda qorunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: