Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Proline Chemicals” şirkətinin yaxın 6 ay ərzində bir neçə innovativ məhsulunu satışa çıxarması nəzərdə tutulur
09.08.2022 16:54
  • A-
  • A
  • A+

“Proline Chemicals” şirkətinin yaxın 6 ay ərzində bir neçə innovativ məhsulunu satışa çıxarması nəzərdə tutulur

Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Proline Chemicals” MMC-nin yaxın 6 ay ərzində bir neçə innovativ məhsulunu satışa çıxarması nəzərdə tutulur.

Şirkət yeni avadanlığın alınması, qablaşmalar üçün pres-formaların, etiketlərin, karton qutuların dizayn edilməsi və hazırlanması, yeni xammal növlərinin alınması, digər dövriyyə vəsaitlərinin artırılması və əlavə işçilərin cəlb olunması prosesinə başlayacaq.

Qeyd edək ki, 2020-ci ildə əsası qoyulmuş “Proline Chemicals” MMC mikro və makro silikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nanohissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı ilə məşğul olur. Müəssisədə avtomobil texniki mayeləri, qulluq vasitələri və kosmetikası, sənaye kimyəvi vasitələri, məişət kimyası üçün yüksəkkeyfiyyətli yuyucu və təmizləyici vasitələr, hotel biznesi və çamaşırxanalar üçün yuyucu, təmizləyici və dezinfeksiyaedici vasitələr istehsal edilir.

“Proline Chemicals” 2021-ci ilin avqust ayında “Hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı” layihəsi üzrə YT Parkın rezidenti kimi qeydiyyata alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: