Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər Yerinkindən milyon dəfə güclü maqnit sahəsi yaradıblar
16.08.2022 09:42
  • A-
  • A
  • A+

Alimlər Yerinkindən milyon dəfə güclü maqnit sahəsi yaradıblar

Çinli mütəxəssislər bu günə qədər mövcud olanlar içində ən güclü maqniti yaradıblar.

Onun fərqləndirici xüsusiyyəti 45,22 tesla qüvvəyə malik sahədir - bu, Yerinkindən bir milyon dəfə çoxdur.

Cihaz kompakt ölçülərə malikdir və diametri 33 mm-dən çox deyil.

Qurğu - materiallar və canlı hüceyrələrlə təcrübələr üçün lazımdır, çünki onlar maqnit sahəsində fərqli davrana bilirlər.

Qeyd edək ki, əvvəlki rekord 1999-cu ildə ABŞ Milli Yüksək Maqnit Sahəsi Laboratoriyası tərəfindən qoyulmuşdu. Onun hibrid maqniti 45 tesla sahə gücündə generasiya edirdi və bu rekordu 23 il saxladı. 2019-cu ildə amerikalılar 45,5 Tesla sahəsi yaradıblar, lakin bu, təcrübə qurğusu idi və müntəzəm təcrübələr üçün yaramırdı.

Alimlər iddia edirlər ki, bu maqnitin gücü təyyarədaşıyan gəmini sudan çıxarmağa kifayət edir.

oxu.az

  • Paylaş: