Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.08.2022 10:14
  • A-
  • A
  • A+

Cəlilabad rayonu ərazisində aparılan arxeoloji qazıntı işləri ilə tanışlıq olub

Cəlilabad rayonu ərazisində aparılan arxeoloji qazıntı işləri ilə tanışlıq olub

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov Cəlilabad rayonunun əlaqədar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Cəfərxanlı kəndi ərazisində yerləşən neolit-xalkolit dövrlərinə aid “Paşa təpə” abidəsində aparılan arxeoloji qazıntılarla tanış olub.

Arxeoloq Vəfa Mahmudovanın rəhbərliyi ilə abidədə aparılan tədqiqatlar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri rayonun tarixinə dair yeni elmi fikirlər söyləməyə əsas verir.

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov abidədə aparılan qazıntılarla yerində tanış olub və belə obyektlərin gələcəkdə turizmin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Baş direktor abidə ilə, aşkar olunan tapıntılarla tanışlıqdan və arxeoloqlara müvafiq tapşırıqlar verdikdən sonra, bölgənin tarixi haqqında fikir mübadiləsi aparmaq üçün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla görüşüb. Görüşdə tarixi yerlərin turizm üçün imkanları, bu barədə xüsusi kitabın hazırlanması və mövzuya dair digər məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: