Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
29.08.2022 09:52
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

İdarəetmə Sistemləri İnstitutunun 9 saylı laboratoriyasının müdiri, professor Kamil Mənsimov və aparıcı elmi işçi, dosent Rəşad Məstəliyev Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə keçirilmiş “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma (COIA – 2022)” VIII beynəlxalq konfransında iştirak ediblər.

Rəşad Məstəliyev “Optimal İdarəetmə” bölməsində həmmüəllif olduqları “Stoxastik qursa-darbu sistemlərində birinci tərtib yeni zəruri şərtlər” adlı məruzə ilə çıxış edib.

Məruzə ətrafında müxtəlif suallar verilib və müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: