Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda iştirak edib
29.08.2022 13:24
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda iştirak edib

İdarəetmə Sistemləri İnstitutunun elmi işçisi Rayihə Niyazova Bakı Dövlət Universitetində keçirilən “The 8th International Conference on Control and Optimization with Industrial Applications” adlı beynəlxalq elmi konfransında “Əmsalları intervallar şəklində verilən çanta məsələsinin innovativ yaxşılaşdırılmış təqribi həll üsulu” (“An innovative imroved approximate method for the knapsack problem with coefficients given in the interval form”) mövzusunda həmmüəllifi olduğu məqalə ilə çıxış edib.

O, məqalədə əmsalları intervallar şəklində verilən çanta məsələsi əsasında optimist və pessimist mənalar daşıyan məsələlərin qurulmasını, bundan sonra, həmin məsələlərin təqribi (suboptimal) həllərinin tapılmasını və tapılmış təqribi həllərin innovativ olaraq daha da yaxşılaşdırılmasına baxıldığını bildirib. Həmçinin təklif olunmuş üsulun proqramının qurulmasını və geniş şəkildə müqayisəli eksperimentlər apardığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Beynəlxalq tədbirdə məruzəçi sertifikatla təltif olunub.

Qeyd edək ki, məqalə “Web of Science” indeksli jurnalda işıq üzü görəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: