Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Ömər Faiq Nemanzadəyə məxsus materiallar Tarix Muzeyinə verilib
30.08.2022 11:28
  • A-
  • A
  • A+

Ömər Faiq Nemanzadəyə məxsus materiallar Tarix Muzeyinə verilib

Məşhur pedaqoq, ədib, publisist Ömər Faiq Nemanzadənin nəvəsi Fuad İsgəndər Pepinov və nəticəsi Ülviyyə Pepinova Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Müəssisənin rəhbərliyi ilə görüş zamanı Ö.F.Nemanzadəyə və ailəsinə, Azərbaycan təhsil tarixinə aid 30-dan çox qiymətli fotoşəkil onun varisləri tərəfindən muzeyə hədiyyə edilib.

Bildirilib ki, həmin materialların kataloq şəklində çap edilməsinə dair razılıq əldə olunub.

Bu il Ömər Faiq Nemanzadənin (1872-1937) anadan olmasının 150 illiyi tamam olur. O, Azərbaycan tarixində “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi, “Qeyrət” mətbəəsinin sahibi, milli ictimai fikrin görkəmli nümayəndəsi kimi tanınır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: