Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.09.2022 17:24
  • A-
  • A
  • A+

Arxeoloqlarımız Göytəpə Arxeoloji Parkında olublar

Arxeoloqlarımız Göytəpə Arxeoloji Parkında olublar

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov, əməkdaşlar t.e.d., professor Hidayət Cəfərov və t.ü.f.d. Yaqub Məmmədov Tovuz rayonu ərazisində yerləşən Neolit dövrünə aid Göytəpə qədim yaşayış yerinə baxış keçiriblər.

Abidə 2008-ci ildən əsaslı tədqiqatlarla öyrənilir. 2009-cu ildən t.ü.f.d., dosent Fərhad Quliyevin və Yaponiyanın Tokio Universitetinin professoru, Orta Şərqin Neolit dövrü üzrə mütəxəssisi Yoşihihiro Nişiyakinin rəhbərliyi altında Göytəpə qədim yaşayış yerində müştərək araşdırmalar aparılıb. Abidənin öz möhtəşəmliyi ilə cəlbedici olmasına baxmayaraq, təbii hadisələr bəzi yerlərdə dağıntıları yaradıb. Buna görə də abidənin qorunması yolları əsas müzakirə obyekti olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: