Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

06.09.2022 09:48
  • A-
  • A
  • A+

“Müasir türk dillərində düzəltmə söz” adlı monoqrafiya işıq üzü görüb

“Müasir türk dillərində düzəltmə söz” adlı monoqrafiya işıq üzü görüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qətibə Mahmudovanın “Müasir türk dillərində düzəltmə söz” adlı monoqrafiyası işıq üzü görüb.

“Elm və təhsil nəşriyyatında” çap olunmuş monoqrafiya türk dillərində morfoloji yolla gedən söz yaradıcılığı prosesinə həsr olunub. Türk dillərində yeni sözlərin yaranmasında ən məhsuldar üsul morfoloji yolla sözyaratmadır. Əsərdə söz yaradıcılığına nəzəri və koqnitiv yanaşma mövzusu, eyni zamanda morfoloji yolla sözyaratmada müstəsna yeri olan sözdüzəldici şəkilçi morfemlər, bu morfemlərin təsnifatı, leksik şəkilçilərin omonimlik, sinonimlik xüsusiyyətləri, həmçinin yad və milli mənşəli leksik morfemlərin xüsusiyyətləri haqqındakı araşdırmalar yer alıb.

Yeni nəşr filologiya, türkologiya, ümumən dilçiliklə məşğul olanlar üçün böyük əhəmiyyət kəsb edir. Bu kitabdan gənc dilçi tədqiqatçılar-doktorant və magistrantlar da faydalana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: