Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tarix İnstitutunun Elmi şurasının qərarı ilə yeni kitab çapdan çıxıb
12.09.2022 15:28
  • A-
  • A
  • A+

Tarix İnstitutunun Elmi şurasının qərarı ilə yeni kitab çapdan çıxıb

AMEA-nın Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseynin “1727-ci il tarixli İrəvan livası müfəssəl təhrir dəftəri” adlı kitabı nəşr olunub.

Kitabın elmi redaktoru akademik Yaqub Mahmudov, rəyçilər tarix elmləri doktoru, professor Şahin Fərzəliyev, tarix elmləri doktoru, dosent Tofiq Nəcəflidir.

Kitabda İrəvan əyalətinin 1727-ci il tarixli müfəssəl təhrir dəftərinin qismən tərcümə və transliterasiyası təqdim olunur. Bu tarixi sənəd XVIII əsrin əvvəllərində Osmanlı dövlətinin Azərbaycanın şimal-qərb vilayətlərini öz hakimiyyəti altına aldığı dönəmdə tərtib olunub. İrəvan əyalətinin sosial-iqtisadi, demoqrafik və toponimik mənzərəsini əks etdirən bu Osmanlı qaynağının nəşrindən mütəxəssislər və Azərbaycan tarixi ilə maraqlanan oxucular faydalana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: