Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.09.2022 11:42
  • A-
  • A
  • A+

RSXM-nin şöbə müdiri “Euronews” telekanalına müsahibə verib

RSXM-nin şöbə müdiri “Euronews” telekanalına müsahibə verib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Euronews” telekanalına müsahibə verib.

RSXM-nin şöbə müdiri telekanalın aparıcısı Monika Pinnanın Azərbaycandakı palçıq vulkanları və onların öyrənilməsi istiqamətində aparılan tədqiqat işləri ilə bağlı suallarını cavablandırıb.

Səbinə Kazımova müsahibə zamanı ölkəmizdəki palçıq vulkanlarının morfoloji, izotop-kimyəvi xüsusiyyətləri, əmələgəlmə şəraiti və təsnifatına dair məlumatlar verib. Müsahibə zamanı palçıq vulkanı və onun faydalı xüsusiyyətləri də diqqətə çatdırılıb.

Qeyd edək ki, çəkilişlə bağlı “Euronews” telekanalının əməkdaşları RSXM-nin Monitorinq Mərkəzində iş prosesini izləyib, eləcə də bir neçə palçıq vulkanlarının ərazisində olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: