Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.10.2022 16:50
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak ediblər

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak ediblər

Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və müəssisənin əməkdaşları - professor Rəna Abdullayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev Türkiyə Uşaq və Gənclər Ədəbiyyatı Yazıçıları Birliyinin Ərzurum şəhərində təşkil etdiyi IX beynəlxalq simpoziumda iştirak ediblər.

Ənənəvi olaraq hər il keçirilən simpozium bu il uşaq kinosu, animasiya filmləri və uşaq rəqəmsal oyunları mövzusuna həsr edilib.

Beynəlxalq tədbirdə AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və professor Rəna Abdullayevanın “Azərbaycan uşaq kinosunda baş qəhrəmanların ikonoqrafiyası”, Ramil Quliyevin “Türkiyə və Azərbaycan uşaq kinosunda dəyərlərin yayım problemi” və Xəzər Zeynalovun “XX əsrin 50-60-cı illərində Azərbaycan uşaq kinosunda rəssam işi (“Bir qalanın sirri” və “Sehrli xalat” filmlərinin nümunəsində)” mövzusunda məruzələri simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb.

AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və professor Rəna Abdullayeva, həmçinin simpoziumun müvafiq bölmələrinin moderatorları olublar.

Mədəni proqramın gedişində simpozium iştirakçıları Ərzurumun memarlıq abidələrini və Narman və Tortum təbiət qoruqlarını ziyarət ediblər.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: