Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.11.2022 14:47
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutu ilə Özbəkistanın Mikrobiologiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

Mikrobiologiya İnstitutu ilə Özbəkistanın Mikrobiologiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu ilə Özbəkistan Respublikasının Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənədi Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov və Özbəkistan Respublikasının EA-nın Mikrobiologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor K.Davranov imzalayıblar.

İmzalanan memorandum çərçivəsində birlikdə hər iki ölkə üçün aktual sayılan mikrobiologiya elminin müxtəlif sahələrində birgə tədqiqat işlərinin aparılması, elmi tədbirlərin keçirilməsi, kadr hazırlığı və digər  sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: