Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.11.2022 10:21
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Noyabrın 14-də AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri institutun baş direktoru, t.e.d., professor Abbas Seyidov açaraq iştirakçıları iclasın gündəliyi ilə tanış edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa ili” elan olunub və sözügedən sənəddən irəli gələrək müəssisənin kollektivi tərəfindən “Qarabağ: maddi, mədəni və mənəvi irsimiz” adlı ikicildlik kitab çap üçün hazırlanıb.

Sonra şura üzvləri yekdilliklə Qarabağa həsr olunan kitabın çapa təqdim edilməsinə səs verib və nəşr edildikdən sonra təqdimatının keçirilməsi qərarlaşdırılıb.

Həmçinin Füzuli rayonu ərazisində bu il tədqiq olunan 1 və 2 saylı kurqanlardan aşkar edilmiş arxeoloji materiallara dair kitab-albomun kataloq şəklində nəşr edilməsinə qərar verilib.

Daha sonra institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Akif Quliyev “Elm” qəzetində dərc olunan elana əsasən, müəssisə əməkdaşlarının vakant vəzifələri tutmaları barədə məlumat verib.  

Sonda cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: