Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.11.2022 11:50
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı “Wiki Arabiya” konfransında iştirak edib

Coğrafiya İnstitutunun əməkdaşı “Wiki Arabiya” konfransında iştirak edib

AR Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, Vikipediya qrupunun rəhbəri Aida Aslanova Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ilk dəfə təşkil edilən ərəbdilli ölkələrin vikipediyaçılarının “Wiki Arabiya” konfransında Azərbaycanı təmsil edib.

Ölkənin zəngin kitabxana binasında keçirilən tədbirdə BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Tunis, İraq, Əlcəzair, Mərakeş, İordaniya, Fələstindən olan ərəb vikipediyaçıları iştirak ediblər. Onlara İsrail, Gürcüstan, İrandan olan Wikimedia Fondunun əməkdaşları bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində təlim keçiblər.

Tədbirdən sonra konfrans iştirakçıları üçün Dubayın görməli yerlərinə - tarixi ərazilərə, muzeylərə, Burc Xəlifə ətrafına gəzinti, eləcə də Vikidata layihəsinin 10 illik yubileyi münasibətilə, konfrans iştirakçıları üçün xüsusi ayrılmış gəmi gəzintisində şam yeməyi təşkil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: