Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.11.2022 12:30
  • A-
  • A
  • A+

MEK-də Milli Dirçəliş Günü ilə əlaqədar sərgi təşkil edilib

MEK-də Milli Dirçəliş Günü ilə əlaqədar sərgi təşkil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı sərgi təşkil edilib.

Sərgidə MEK-in fondunda qorunan “Azərbaycan 1993”, “Qayıdış 1990-1993”, “Qurtuluş”, “Deportasiya. Azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası”, “Heydər Əliyev Azərbaycan Respublikasının memarı, xilaskarı və qurucusudur” (Həsən Mirzəyev), “Azərbaycan tarixi. XX əsrin 80-90-cı illəri” (Tahir Qafarov), “Müstəqilliyimiz əbədidir, sarsılmazdır” (Fəzail Ağamalı), “Fikir azaddır” (Rövşən Mustafayev), “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Heydər Əliyevin sülh strategiyası“ (Əsgər Abdullayev), “Yaddaşın bərpası” (Cəlal Qasımov), “Müstəqilliyimizi istəyiriksə...” (Yusif Vəzir Çəmənzəli) və s. bu mövzuda kitablar yer alır.

Qeyd edək ki, sərgi dekabrın 1-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: