Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.11.2022 12:32
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzin əməkdaşları Fəxri fərmanla təltif olunublar

Seysmoloji Mərkəzin əməkdaşları Fəxri fərmanla təltif olunublar

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları - Maqnitometriya şöbəsinin kiçik elmi işçisi Aygün Sultanova, Kompleks geokimyəvi tədqiqatlar şöbəsinin kiçik elmi işçisi Xoşqədəm Yusifova, Seysmik materialların təhlili və təfsiri şöbəsinin mühəndisi Nərmin Təhlətli və Geodinamika şöbəsinin mühəndisi Aysel Quluyeva D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnoloji Universiteti tərəfindən təşkil olunmuş MDB ölkələrindən olan tələbələrin “Davamlı inkişaf üçün fundamental elmlər” mövzusunda beynəlxalq ekoloji olimpiadada yüksək nəticə göstərdiklərinə görə, Seysmoloji Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli tərəfindən Fəxri fərmanla təltif olunublar. 

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, əməkdaşların beynəlxalq tədbirlərdə iştirakı və yüksək göstəricilər əldə etməsi ümumilikdə mərkəzin uğuru hesab olunur. Mərkəzdə çalışan əməkdaşların böyük əksəriyyətinin gənclərdən ibarət olduğunu qeyd edən baş direktor gənc əməkdaşları qazandıqları uğurlu nəticəyə görə təbrik edib. 

Qeyd edək ki, MDB ölkələrindən 80 nəfərin iştirak etdiyi olimpiadanın qalibi RSXM-nin Maqnitometriya şöbəsinin kiçik elmi işçisi Aygün Sultanova olub. O, olimpiadada “Geomaqnit sahəsində anomal dəyişikliklərin insan sağlamlığına təsirinin nəzərə alınması metodologiyası” mövzusunda məruzəsi ilə birinci yerə çıxıb. Seysmik materialların təhlili və təfsiri şöbəsinin mühəndisi Nərmin Təhlətli “Azərbaycanda palçıq vulkanlarının yerləşdiyi ərazilərdə insanların yaşayış mühitinin ekosistemlərinin yaxşılaşdırılması”, Kompleks geokimyəvi tədqiqatlar şöbəsinin kiçik elmi işçisi Xoşqədəm Yusifova isə “Şoran və deqradasiyaya uğramış torpaqların yaxşılaşdırılması” mövzularında  çıxış edərək olimpiadanın finalçıları mükafatını qazanıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: