Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Coğrafiyanın müasir problemlərinə həsr edilmiş konfrans keçiriləcək
24.11.2022 18:48
  • A-
  • A
  • A+

Coğrafiyanın müasir problemlərinə həsr edilmiş konfrans keçiriləcək

29-30 noyabr 2022-ci il  tarixlərində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda “Coğrafiyanın müasir problemləri, elm və təhsilin inteqrasiyası” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Tədbir akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Bursa Uludağ Universiteti (Türkiyə), Qırğızıstan Təhsil Akademiyası, Cizzax Dövlət Pedaqoji İnstitutu (Özbəkistan), Tiraspol Dövlət Universiteti (Moldova) və Təbriz Universitetinin (İran) təşkilatçılığı ilə baş tutacaq.

Ünvan: Bakı ş., H.Cavid pr., 115 (AMEA-nın Əsas binası, 8-ci mərtəbə)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: