Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun əməkdaşları - institutun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov, baş mühəndis Ehtibar Əliyev, Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov və şöbənin əməkdaşı Məhərrəm Mehtiyev AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsi: sənaye və məişət tullantılarının təkrar emalı” mövzusunda keçirilən respublika konfransında iştirak ediblər.
Konfransın “Neft-kimya, kimya sənayesi tullantıları və təkrar emalı” bölməsi üzrə Fəxrəddin Kərimov “Neft-qaz sahəsi tullantılarının idarə olunması” mövzusunda çıxış edib.
F.Kərimovun məruzəsi “Ətraf mühitin mühafizəsi: sənaye və məişət tullantılarının təkrar emalı” mövzusunda respublika konfransının materialları sənədində çap olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.