Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.12.2022 17:28
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun doktorantı beynəlxalq forumda iştirak edib

Neft-Kimya Prosesləri İnstitutunun doktorantı beynəlxalq forumda iştirak edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun kiçik elmi işçisi Əminə Alimova Azərbaycan Maarifçilər Assosiasiyasının təşəbbüsü və Ege Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin İzmir şəhərində keçirilən “Təhsildə yeni trendlər-İzmir” forumunda iştirak edib.

Forumun əsas məqsədi təhsil və elm işçilərin həm təhsildəki yenilikləri, eyni zamanda da elmi-təcrübi araşdırmaları ilə tanış olmaq idi.

Forumun açılış günündə Ege Universitetinin prorektoru Prof. Dr. Mehmet Ersan giriş sözü ilə Azərbaycan nümayəndə heyətini salamlayıb və universitet ilə tanışlıq baş tutub. Forumun ikinci günündə Təhsil fakültəsinin dekanı Prof. Dr. Alper Başbay tərəfindən “21-ci əsrin bacarıqları və onların kurikuluma əks etdirmələri” adlı seminarda iştirak edib. 

Tədbirdə Neft-Kimya Prosesləri İnstitutunun kiçik elmi işçisi Əminə Alimova həm maarifçilər, həm də gənc tədqiqatçılar adından çıxış edib.

Sonda Ege Universiteti və İzmir Konak Çınarlı  Mesleki ve Texniki Anadolu Liseyi tərəfindən sertifikatla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: