Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.12.2022 11:58
  • A-
  • A
  • A+

“İlandağ” geoparkının yaradılmasına dair sənədlər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edilib

“İlandağ” geoparkının yaradılmasına dair sənədlər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edilib

AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun (GGİ) Dinamiki geologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli AMEA Naxçıvan Muxtar Respublikası Bölməsində “İlandağ” geoparkının yaradılmasına dair sənədlərin təqdimatını keçirib.

Təqdimatda Bölmənin sədri, akademik İsmayıl Hacıyev, Bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariel Talıbov, Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya  İnstitutunun direktoru,  AMEA-nın müxbir üzvü Hacı Fəxrəddin Səfərov və digər alimlər iştirak ediblər.

AMEA-nın müxbir üzvü Tələt Kəngərli Geologiya və Geofizika İnstitutunun Dinamiki geologiya şöbəsinin hazırladığı “İlandağ” geoparkının geologiyasını və cansız təbiət abidələrini, nadir  heyvan və bitkilərini, arxeoloji və tarix-memarlıq  abidələrini, hidrogeologiyasını, faydalı qazıntılarını, oroqrafiyasını, torpaqlarını və landşaftını əks etdirən xəritələrini (miqyas 1:200 000), həmçinin digər yekun  sənədləri iştirakçılara təqdim  edərək  əlavə məlumat xarakterli izahat verib. Sonra sənədlərlə bağlı təklif və suallara aydınlıq gətirilib. Sonda təqdimat iştirakçılarının qərarına əsasən “İlandağ” geoparkının yaradılması üçün hazırlanmış xəritələr və yekun sənədlər gələcək zəruri tədbirlər görülmək üçün Naxçıvan Muxtar Respublikasının  Ali Məclisinə  təqdim edilib.

Qeyd edək ki, muxtar respublika ərazisində geopark yaradılması məqsədilə  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti tərəfindən 2018-ci ildə  Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinə rəsmi müraciət ünvanlanıb.  Həmin vaxtdan Gelogiya və Geofizika İnstitutu geoparkın yaradılması istiqamətində lazımi sənədləşdirmə və digər işləri davamlı olaraq həyata keçirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: