Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.12.2022 11:08
  • A-
  • A
  • A+

Şərqşünas alim Roida Rzayeva beynəlxalq simpoziumda iştirak edib

Şərqşünas alim Roida Rzayeva beynəlxalq simpoziumda iştirak edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayeva Türkiyənin Konya şəhərində təşkil edilən II Beynəlxalq Mövlana düşüncəsində bəşəri münasibətlər simpoziumunda iştirak edib.

Azərbaycanlı alim beynəlxalq konfransda “Mövlananın düşüncə dünyası” adlı məruzə ilə çıxış edib. Eyni zamanda Roida Rzayeva beynəlxalq simpoziumun elmi komitəsinin üzvü seçilib.

Alim Mövlananın düşüncələrinin dövrlər üstü olduğunu və bunun əsas səbəbi olaraq bəşəriyyətin daimi və universal prinsiplərini təsbit edə bilməsinin olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, mütəfəkkirin həyatla əlaqədar fikirləri və düşüncələri bu gün bütün dünya tərəfindən qəbul edilən universal dəyərlərlə səsləşərək müasir dövrdə də aktuallığını qorumaqdadır. Məruzədə Mövlananın yaradıcılığında insanın müxtəlif baxım bucaqlarından təhlil edildiyi qeyd olunaraq ideal insandan bəhs edilib. Türk-İslam fəlsəfi fikrinin, eyni zamanda Türk mədəni mirasının bir hissəsi olan Ruminin dünya mədəniyyətinə və düşüncə tarixinə əhəmiyyətli töhfələr verdiyi qeyd olunub.

Roida Rzayevanın məruzəsi çox yüksək qiymətləndirilib və beynəlxalq simpoziumun təşkilatçıları adından ona məzmunlu çıxış və simpoziuma verdiyi töhfəyə görə təşəkkür bildirilib.

Qeyd edək ki, beynəlxalq simpoziumun materialları nəşr olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: