Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

12.12.2022 15:58
  • A-
  • A
  • A+

Qəhrəman Alan Turingin “bombası” və süni intellekt fəlsəfəsi

Qəhrəman Alan Turingin “bombası” və süni intellekt fəlsəfəsi

Beşinci məqalə

Əvvəlki 4 məqaləmizdə də qeyd etdiyimiz kimi, biz ümumi ensikopedik və başqa cür desək, vikipediya xarakteli məlumatlardan fərqli olaraq, riyaziyyatçı, məntiqçi, filosof, kriptoanalitik, riyazi biologiya nəzəriyyəçisi - dahi Alan Turingin bioqrafiyasını bir qədər (ciddi tədqiqat əsasında) “uzaqlardan” izlədəyimizdən Turingin özünün bizlərə tarixi nəsihəti  - “Biz yalnız qısa bir məsafəni görə bilirik, amma orada görüləcək çox şey vardır”, -  “görünənlərdə” “gördüyümüz “daha çoxlar”” məntiqi qənaətlərimizə yol açır. Biz bu “qısa məsafədə görünənlərdə” - (dərin araşdırmalarımız nəticəsində) dahi Alan Turingin İngiltərədə deyil, Hindistanda doğulduğunu, ikincisi, ingilis, xristian deyil, yəhudi olduğu müəyyən etdik. Əlbəttə, bu iki qənaətimiz ən ciddi və tutarlı mənbələrdən qaynaqlanır və qeyd-şərtsiz olaraq inqilabi mahiyyətdə bu sübut bizə məxsusdur. Beləliklə, tədqiqatımıza davam edirik.

... Alan Turingin ata tərəfdən babalarından fərqli olaraq ana babalarından biri – anası Ethel Saranın atası, ana babası Edvard Uoller Stoneyinin də milləti açıqlanmasa da,  məlumatlar xeyli dolğundur. Belə ki, diqqətlə araşdırdıqda bu ailə də Hindistanda  yəhudilərin sıx olduğu coğrafiyadandır, - məsələn, Ethel Turing - Sarah Turing (Stoney) Hindistanın 4-cü ən böyük şəhəri olan Tamil Nadu ştatının Podanur şəhərində anadan olub. Xüsusilə vurğulanmalıdır ki, Tamil Nadu ştatında yəhudi qəbilələri çox sayda olmuş, onların sinaqoqlarının tarixi, hətta 9-10-cu əsrlərə gedib çıxır. Hind mətbuatında bu haqda geniş yazılar vardır. Bu yazılarda Tamil Naduda yaşayan yəhudilərin (artıq burada 1 yəhudi ailəsi də qalmayıb) əsasən ticarətlə məşğul olması, Tamil dilini öyrənib danışması da işıqlandırılır. Fikrimizcə, Jalius Turingin Tamil və Teluqu dillərini yüksək səviyyədə bilməsi nə bu ştatla və Sarah Stoney ailəsi ilə əlaqəsindən nə də iş yerlərindən qaynaqlanır. İnternet məlumatlarından birində diqqətimizi çəkən mühüm dəlillərdən biri Juliusun bu dilləri bilməsinə əsas ola biləcək “nədən” elə (“Teluqu dilini danışdıqları üçün Teluqu yəhudiləri də adlandırılırlar”) Bnei Efrayim (“Efrayim oğulları”) ilə bağlıdır ki, onlar Teluqu  dilində danışmışlar və Hindistanın Turing nəslinin yerləşdiyi Odisha, eyni zamanda Stoneylərin hind vətəni Tamil Nadu, Andhra Pradeş və Telangana əyalətlərində, Puduçerrinin Yanam rayonunda, habelə Karnataka, Maharashtra, Chhattisgarh, Jharkhandın bəzi bölgələrində, Qərbi Benqalının Kharagpur bölgəsində məskunlaşmış yəhudilərdir.

Sara (Sarah) Turingin atası Edvard Uoller Stoney Tamil Nadudandır və onun və şəcərəsinin də itmiş “İsrail oğulları” qəbilələrindən olması şübhə doğurmur. 1860-1863-cü illərdə mühəndislik təhsili alıb. Qızıl medal sahibi və İnşaat mühəndisliyi diplomçusu Edvard Uoller Stoney Hindistanın Madras dəmiryolunda mühəndis, baş mühəndis vəzifələrində işləyib. Bu şirkətdən də təqaüdə çıxıb. O, “Hindistan imperiyasının dostu” ordeni ilə təltif edilib. Alan Turingin bu babası həm alim, həm mühəndis olmuşdur ki, fikrimizcə, nəvənin xüsusi intellektual səviyyəsində bu genetikliyin böyük rolu  danılmazdr. 

Bu yerdə Alan Mathison Turingin dini baxışlarını “öyrənmək” də maraqlı olar. Məlumatlarda yazılır ki, Turing Allaha inanmayıb, sonra ateist olub. Amma təəssüf ki, 110 il keçir, dahi Alan Mathison Turingin ateizmə qədər hansı dinə mənsubluğu hələ də bilinmir. Bəlkə də “zorən” ingilis edilmiş, həmçinin yəhudilərin tale yazısı və elə dövründə də tüğyan edən təqiblərinə görə Avropa milliyyətini məmnuniyyətlə qəbul etmiş Alan Turing dini və Allahı öz dini kriptouidaizmi ilə gizli saxlamaq üçün danmışdır?... Bioqrafik məlumatlar isə Alanın Allaha inam şüurunun darmadağın olmasının əsl səbəbini litsey yoldaşı, çox yaxın əlaqəsi olduğu Kristofer Morkomun təhsilini bitirdiyi ilk günlərdə yoluxduğu vərəm xəstəliyindən ölməsi ilə bağlıdır. Bu hadisə Alanın Allaha, dinə inamını bərk sarsıdır və onda həyata materialist baxış yaranır.   Kristofer Morkomun vaxtsız ölümü, əslində, Turingin dahiliyinin üzə çıxması, parlaması üçün bir təkan idi. Turing dostunun həyatdan getməsi ilə yaşadığı əsl acını bütün diqqətini elmə verməkdə gördü. Markomun ona gerçək vəsiyyəti kimi elmlə məşğul olmağı həyat idealına çevirdi.

Dahiliyi bu illərdən xeyli əvvəl, hələ çox balaca ikən üzə çıxmış Alan Mathison Turingin ağır, ölümcül xəstəliklə mübarizə apardığı dostu Markomun ölümdən xilas olması üçün Allahdan, dindən, bütün inanclardan kömək istəməsi də və ümidi boşa çıxdıqda, ilahi ədalətə inamı sarsıldıqda bədbinliyə qapılıb Allahdan, dindən üz dönməsi də çox təbiidir. Amma bu o demək deyil ki, Alan vaxt keçdikcə və ümumiyyətlə, ilahi qüvvəyə, Allaha, axirətə, ruha inanmamışdır. Onun Christofer Morkomun anasına yazdığı məktublar da təsdiq edir ki, Alan Turing heç də əsl mənada materialist, ateist olmamışdır. Bir məktubu qısaca nəzərdən keçirək. Uzun-uzadı məktublar yazmağı sevməyən Alan Markomun anası Frances Isobel Morcoma oğlunun ölümünün üçüncü ildönümünə (13 fevral 1933) bir gün qalmış 13 fevralda yazırdı: “Düşünürəm ki, bizdən ayrılanda onu  anlayacağıq.  Bu məktub Sizə sabah çatacaq. O, Sizə Chris və sənin haqqında düşünəcələrimi  yetirəcək. Əminəm ki, o, burada olduğu kimi, indi orada da xoşbəxtdir. Sənin əziz Alanın”. Turing Morkomun anasına yazdığı başqa bir məktubda vurğulayırdı ki: “Şəxsən mən inanıram ki, ruh həqiqətən əbədi olaraq materiya ilə bağlıdır, lakin şübhəsiz ki, eyni bədənlə deyil, ruh və bədən arasındakı faktiki əlaqəyə gəldikdə, mən inanıram ki, bədən öldükdən sonra ruh ondan ayrılır, “ruh” diri qalır. Oyaqkən onlar bir-birinə sıx bağlıdırlar. Bədən yatanda nə baş verdiyini təxmin edə bilmirəm, amma bədən öləndə ruhu saxlayan bədənin “mexanizmi” yox olur və gec-tez ruh yeni bədən tapır, bəlkə də dərhal”. Göründüyü kimi, Alan bu fikirlərində əsl mənada ateist deyil və ya sırf idealistdir.

Bundan başqa, Alan Turingin Ağıllı maşınlarla, deməli, süni intelektlə bağlı düşüncələri də onun ateist olmadığını sübut edir. Məsələn, dahi Alan Turing “Dərk etmə qabiliyyətini insanın ölməz ruhunun funksiyası” hesab edərkən, “Allah heç bir heyvana və ya maşına  deyil, ancaq hər bir kişiyə və qadına ölümsüz ruh verib”, - deməli, heç bir heyvan və ya maşın düşünə bilməz”, ”insanların ruhları ölməz və buna görə də məhv edilməzdir”, - kimi müddəalarını irəli sürərkən əlbəttə ki, ateist deyildi. Beləliklə, biz ciddi araşdırmalarımızla Alan Turingin ateist – Allahsız olmadığını da müəyyən etdik.

Alan Turingin bioqrafiyasında onu obyektiv təqdimatında çox yanlış bir yanaşma: “Alan Turing yunan və latın təhsil sistemini qəbul etməyib”, - fikri diqqəti cəlb edir. Məntiq elmini bilmədən, deməli, Aristotel məntiqini mənimsəmədən və davamda yunan elm xəzinəsinə bələd olmadan, həmçinin latın riyazi təkamül konsepsiyasından məhrum bir şəkildə necə ilk kompüteri yaratmaq, hələ necə dəhşətli müharibəni bitirəcək kriptoanalitik olmaq, almanların nəhəng “Enigma” sistemini necə deşifrə etmək mümkün ola bilərdi?...

Dərinlərdə olan mənbələri diqqətlə “oxuduqda” alimin uşaq ikən valdeynlərinin onu yazdırdıqları ilk məktəbdə təcavüzə uğradığı üçün başqa məktəbi seçərkən uşaq şüuru ilə bu məktəbdəki dərs proqramlarını bəhanə etməsini əlbəttə ki, onun daimi mövqeyi olaraq qəbul etmək doğru deyil. Bu, İngiltərənin qüruru dahi alimə qarşı ədalətsiz bir  münasibət idi.  Biz bu məsələyə də elmi-məntiqi obyektiv yanaşma ilə düzəliş etdik.

Alan Mathison Turingin bioqrafiyasında qarışdırılan məsələlərdən biri də onun   1926-cı ildə 14 yaşında daxil olduğu Dorsetdə yerləşən Sherborne oğlanlar üçün internat məktəbinə ilk dərs günü İngiltərədə ümumi tətillə əlaqədar nəqliyyat işləmədiyi üçün altmış mil – təxminən 100 km yolu velosipedlə getməsinin yanlış olması ilə bağlıdır. Qardaşı Con Turingin yazdıqlarına istinadən gerçək budur ki, marafon ölçüləri ilə güclü qaçışçı Alan bu idman növündə fərqlənib. Con Turing bu məzmunda başqa xatirələri yada salaraq Alanın məktəbə velosipeddən istifadə etmədən qaçaraq getdiyini vurğulayır ki, 14 yaşlı gəncin məhz bu olimpiya göstəricisinə bərabər uğuru böyük marağa səbəb olmuş və mətbuatda işıqlandırılmışdır. Biz bu yanlışı da düzəltməklə dahinin düzgün dərkini təmin etdik.

“Qarışıqlıq” və ya yanlışa başqa bir misal. Con Turing yazır: “Qardaşımın ekssentriklikləri əfsanəyə çevrildi və bəziləri prosesdə təhrif olundu. Məsələn, cənab Ronald Levin “Ultra Müharibəyə gedilir” kitabında deyir ki, “... bir qədər ümidsizlik içində Alan bütün pullarını nağd pula çevirdi və fəlakətdən qorunmaq üçün ehtiyat kimi Bletçlay meşəsində basdırdı”. Əslində,  belə bir iş şey olmayıb. “... O, qərara gəlmişdi ki, əgər almanların işğalı baş tutarsa, bank hesabları yararsız olacaq. Ona görə də qara bazardan istifadə etmək üçün bir neçə gümüş külçə aldı. Bunları o, qədim perambulatorda gəzdirdi və tarlada (Bletçlayda deyil) basdırdı. Müharibədən sonra onları tapmaq üçün eskiz xəritəsi hazırladı. Hətta o, bu külçələri tapmaq üçün dostu Donald Miçidən (indiki Edinburq Universitetinin professoru Miçi) kömək istədi -  əsas məsələ,  metal detektordan istifadə edərək evdə hazırlanmış ağır külçələr çox dəyərli idilər. Avstraliya və heç yerdə beləsinə rast gəlinməyib”. Yeri gəlmişkən qeyd edək ki, həmin bütün səylərə baxmayaraq külçələr tapılmayıb. Biz Conun xatirəsini çox “uzaqlardan” önə  çıxarmaqla Alan haqqında düşücəyə yeni bir əlavə etdik.

Bundan başqa, bioqrafik səhifələrdəki qatmaqarışıq, yanlış məlumatlarda Alan Turing çox zəif, özünəqapalı, hətta psixatrı olmuş Franz Greenbaumun qızlarının “xatirələrində” psixi xəstə və s. natamam şəxsiyyət kimi təsvir olunur. Halbuki o, dahi alim, hərtərəfli bütöv şəxsiyyət, sabit xarakterli, dürüst, maraqlı, həmçinin humanist, mehriban bir insan olub. Elmi erudisiyası ilə bərabər, Alan Turing yüksək olimpiya səviyyəli qaçışçı, avarçəkmə bacarığına da malik olub. Hətta gözəl və bariton səsi ilə (Məsələn, Kilsədə xorda, “Hamlet” əsərində ifası və s. haqqında məlumatlar var) seçilib. Əliaçıq Alan “bayram-seyran” gözləmədən bütün qohumlarına, dostlarına hədiyyələr də “seçib” alıb. Hətta bircə yerdə bu məlumatla da rastlaşmışam ki, Alan Turing bir uşağı himayəsinə götürüb, onun təhsil haqqını ödəyib. Əlbəttə, bu məlumatı daha dərindən öyrənmək maraqlı olardı. Ümumiyyətlə, yəhudi ailələrində hər həftə 1 tələbənin evlərə yemək süfrəsinə dəvət olunması ənənəsi olub. Bəlkə bu fakt da ordan qaynaqlanır. Çünki   həmin məlumat yalnız bir cümləlikdir.

Onun yeniyetməlik və gənclik dövründə biologiya, kimya sahələrinə olan marağı onu ömrünün sonuna kimi (Məsələn, Alan Turingin elmi irsində 1952-ci ildə dərc olunmuş “Morfogenezin kimyəvi əsasları” əsəri xüsusi yer tutur və o, biologiya nəzəriyyəçisi kimi də tarixə iz salıb) davam edib. Məsələn, Con Turing xatırlayır ki, “o dövrdə bu məşhur bir hadisə idi, bütün məktəbdə Alan iyirmi üç nəfərdən iyirmi ikinci, imtahanlarda birinci, ümumi nəticələrə görə üçüncü oldu. Dinardda Pasxa bayramlarından birində o, bütün vaxtını dəniz yosunu toplamaq və zirzəmidə dəmləməklə keçirdi, nəhayət, bir neçə damcı yod çıxardı və o, bu uğurlu işini yüksək həvəslə Sherbornda peşəkar elm adamına apardı. Daha sonra biz Guildfordda yaşayanda onun bir sıra çılğınlığı var idi. O, dözülməz olan skripka öyrənməyə çalışırdı. Sonra o, Mendelin nəzəriyyəsini (Qreqor Mendel noxud bitkiləri üzərindəki irsiyyətin əsas qanunlarını kəşf edib və genetikanın (DNT-in əsasının) atası kimi tanınır – X.Q.) ilk əldən sübut etmək üçün diqqətini sınaq borularında xırda qırmızı banan milçəklərini yetişdirməyə yönəltdi. Təəssüf ki, ev bir neçə gün banan milçəkləri ilə dolu oldu və sonra onlar uçub getdilər. Ən qəribəsi də odur ki, yayın istisində o, vaxtının çox hissəsini sıravi əsgər kimi geyinərək guya Knightsbridge kazarmasında qazma işinə sərf edirdi. Heç kim onun bunu nə məqsədlə etdiyini bilmirdi. Amma indi geriyə baxanda mən qəti şəkildə düşünürəm ki, qazma işi obyekt deyildi. O, ümumiyyətlə, məşq edirdi. O, dediyim kimi, nəbzi tutmağı yaxşı bacarırdı və təbii ki, gördüyü işlər nə qədər qəribə olsa, bir o qədər az adam onlarla maraqlanırdı”. Heç də təsadüfi deyil ki, Alan Turing biologiya nəzəriyyəçisi kimi də tanındı və dəyərli miras qoyub getdi.

Beləliklə, biz geniş tədqiqatlarımızdan əldə etdiyimiz dolğun obyektiv məntiqi qənətlərimizi xeyli yığcam şərh etdiyimiz bu sisilə yazıda Alan Turingin ən əsas məsələsi – homoseksuallığı və bu əsasla həyatının alt-üst olması - ittiham və intihar etməsi üzərinə gəlirik.

Alan Turingin “Qış nağılı” – homoseksuallıq ittihamı və intiharı

Obyektiv və subyektiv əsaslar tarixi və dövrü kontekstdə

Bütün ciddi tədqiqatlar kimi, bu tədqiqatın məqsədi dünya dahisi Alan Mathison Turing haqqında bu vaxta qədər ya məqsədli olaraq, ya da diqqətsizlikdən üzə çıxarılmamış bu və digər gerçəklərə aydınlıq gətirmək olduğundan, biz necə Alanın milliyətini, dinə münasibətini və s. ciddi faktlarla dəqiq müəyyənləşdirdik, onun homoseksuallıq məsələsinə görə ittiham olunmasındakı obyektiv və subyektiv əsasları, əslində, böyük ədalətsizlikləri, əslində, bunun siyasi maraqlar üçün bir vasitə olduğunu bu vaxta qədər diqqətə alınmamış dəlillərlə üzə çıxaracağıq. Bundan başqa, tədqiqatımızla gəldiyimiz bir əsas nəticəni – Alan Turingin 1954-cü ildə ölmədiyi, hələ 1990-cı ilə kimi yaşadığı ilə və digər çox mühüm məsələlərlə bağlı məntiqi – obyektiv ehtimallarımızı elmi ictimaiyyətin diqqətinə çatdıracağıq.

Birincisi, Alan Turing hamının bildiyi kimi, homoseksuallıq məsələsi əsasında 1952-ci ildə ittiham olunub. Onlarla vikipediya və müəllif məqalələri bu hadisəni bu məzmunda şərh edir: “Miladdan bir qədər əvvəl Turing Mançesterin Oksford yolu ilə gəzərkən “Regal Cinema”nın kənarında Murreylə rastlaşdı və onu nahara dəvət etdi. Yanvarın 23-də Turingin evi qarət edildi. Murray Turingə dedi ki, o və oğru tanışdırlar və Turing cinayəti polisə bildirdi. İstintaq zamanı o, Murray ilə cinsi əlaqədə olduğunu etiraf etdi”.  

Alan  haqqında yazılan “Great Minds - Great Thinkers - More Great Thinkers” (“Böyük ağıllar - Böyük mütəfəkkirlər - Daha böyük mütəfəkkirlər) sərlövhəli məqalədə hadisə bir qədər də ətraflı təsvir olunur: “1952-ci ildə onun kişi sevgilisi öz şərikinə Turingin evinə girib oğurluq etməsinə kömək etdi. Turing cinayəti bildirmək üçün polisə gedib. Polisin araşdırması nəticəsində 19 yaşlı bir gəncin onunla cinsi əlaqədə olduğu və Turingə qarşı “kobud ədəbsizlik və cinsi pozğunluq” ittihamı irəli sürülüb (bax: see sodomy law (sodomiya qanunu)). O, üzr istəmədən heç bir müdafiə təklif etmədi və məhkum edildi”.

Hindistanın bir media araşdırma məqaləsində dahi Alan Turingin ittihamına onun elm üçün dəyəri müstəvisində qiymət verilir: “Müharibədən sonra belə, Turing dünyanın ilk  kompüterlərinin yaradılması üzərində işlərini davam etdirdi və süni intellekt konsepsiyasını əsaslandırdı. Onun elmi nailiyyətləri - kompüterlərdən tutmuş, smart cihazlara qədər müasir texnologiyada bu gün də əks-səda verməkdədir. Lakin İngiltərənin qüruru olmasına baxmayaraq, homoseksual olduğu üçün İngiltərə hökuməti tərəfindən barbar rəftara məruz qaldı ki, bu da o zamanlar cinayət sayılırdı. O, 1952-ci ildə “kobud ədəbsizlik” səbəbi ilə həbs edildi və ona cəza olaraq iki seçim verildi - həbs və ya kimyəvi kastrasiya. O, sonuncunu seçdi”.

Beləcə Alan Turingin həyatında bütün uğurlarına və hətta ən ümdə insan ömrünə son qoyan bu hadisə haqqında məlumatlar cüzi ştrixləri çıxmaqla 100 il boyunca bundan irəli getməyib.                        

Ancaq bu yazının müəllifi müxtəlif istiqamətlərdən axtarışlarla Alanın siyasətə qurban getdiyini, homoseksuallığının bəhanə olduğunu, əslində, “see sodomy law”ın belə tətbiqə  gecikdiyinə, bu ittihamın əsassızlığına, cəzanın süni surətdə uzadılmasına, cinayətkarların onun öz yaxın çevrəsinin olmasına, nəhayət Alan Turingin intiharı ilə bağlı və s. tutarlı faktlarla əsaslanaraq üzə çıxarıb.

Belə ki, qardaşı Con Turingin xatirələrinə əsaslansaq, “inanıram ki, burada, bəlkə də “Palatada” ilk dörd-beş ildə, bəlkə də ilk iki ildə Alan homoseksuallığa məhkum oldu. İndiyə kimi bunu qeyd edən varmı?” Alan Turingin lap uşaqlıq illərindən homoseksual olduğu məlum olub. O zamanlarda da İngiltərənin Sodomiya qanunu qüvvədə imiş.  Hətta Homoseksual davranış İngiltərədə Kral VIII Henrix tərəfindən 1533-cü ildə qüvvəyə minib və 1967-ci ilə qədər cinayət hesab olunub.

Çox müxtəlif məqalələrdə Alan Turingin müharibə dövründə, hətta cəzasını evdə çəkdiyi, müalicə aldığı müddətdə onun əlaqəsi olduğu şəxslər barədə məlumatlar vurğulanır. İtiham aktında da mühakimə olunmuş Arnold Murray onu oğurluq etməyə Alanın dostu, münasibəti olmuş Harrinin vadar etdiyinin yazıldığı göstərilir. Bu Harri ehtimallarla Alanla “Bletchley Park”da işləmiş, kriptoanalitik Harri Hinsli kimi tanınan məşhur Ser Francis Harry Hinsley ola bilərdimi? Axı, Alan, İngiltərənin bütün Harriləri ilə dostluq etməyə o qədər vaxtı olan bir şəxs olmayıb. “Bletchley Park”da 10.000 işçi fəaliyyət göstərib. Heç bu nəhəng qurumda o, 3-5 nəfərdən başqa heç kimlə münasibətdə olmayıb. Ən əsas məsələ, Britaniyanın siyasi və güc hakimiyyətinə məlum olan Harri Hinsli oğurluq ortağı kimi də, əxlaqsızlıq ortağı kimi də cinayət işi üzrə ifadə verməyə belə çağırılmayıb. Bundan başqa,  Alan  40 yaşına kimi geniş dairədə çalışmışdı. Çox dostları, düşmənləri olmuşdu. Yəni “xəstəliyi” gizli olmayıb. Yeri gəlmişkən, Turingin ətrafında çox məşhur şəxslər onunla eyni taleyi yaşayıblar. Məsələn, biri  məşhur riyaziyyatçı, dahi Alanın müəllimi G.H.Hardy, məşhur hind riyaziyyatçısı Srinivasa Ramanucan (G.H.Hardy-in tələbəsi) və b.

Məqamı olduğu üçün qeyd edək ki, elə tarixə Alan Turingin ömürlük dostu, sevgilisi, sirdaşı və onun nişanlısı kimi düşmüş John Clarke onun homoseksuallığını 1952-ci ildən 10-13 əvvəl yaymışdı. Şübhəsiz ki, Britaniya kimi güclü dövlətin Təhlükəsizlik Xidməti belə “təhlükəli” şəxslərdən xəbərdar olublar. Amma Alandan başqa heç kim ittiham olunmayıb.  Deməli, Alan Turingin ittiham olunması siyasi sifariş idi. Murray da bir fiqur. Bioqrafik məlumatlarda polisin Turingin evindən Murrayın oğurluq etməsi şikayətinə məhəl qoymaması da çox vurğulanır ki, bu da alimin həbsinin sifariş olduğunu təsdiq edir. 

Belədə Alan Turingin qızğın müharibə illərində Avropa və Amerikaya “hələ lazım” olması, müharibədən sonra hər şey yoluna qoyulduqdan sonra müharibədə nəhəng xidmətlərinin unudulması, yaxın keçmişin - “Uinston Çörçilin, eləcə də F.D.Ruzveltin bütün danışıqlarının dəqiqəbədəqiqə şifrələnməsi kimi ağır işin “mühərrikinin” (Turingin) yada salınmaması cəmi 41 yaşlı, günahı yalnız homoseksuallıq xəstəliyi olan dahi alim yaradıcılığının çiçəklənən bir dövründə ittiham olunmasına başqa ad vermək mümkün deyil. 16 yaşından başlayaraq müharibə illəri, eləcə də müharibə bitdikdən sonra, hələ ittihamından sonra və hətta son günlərində belə İngiltərə elmini inkişaf etdirən, o zaman kəsiminin bir nömrəli şəxsi olan Alan Turingi elm dahiliyindən “kobud ədəbsizlik” dahisinə çevirən güc hakimiyyəti Avropada, elə Britaniyada çox sayda 1533-cü il Kral VIII Henrix qanunu ilə, 1885-ci il tarixli Cinayət Qanununa əsasən “cinayətkarlar” olmasına rəğmən, təkcə dahi alimi “qaralaması” onun qarşısında acizliyi aydın işıqlandırır. Axı bu qanunlar  müharibə dövründə də qüvvədə idi? Təsəvvür edək, Alan Turing nasistlərin “Enigma” kodunu qırmaq üçün əlahiddə əhəmiyyətli 100-lə “bombaları” yaratdığ günlərin birində və Uinston Çörçillin  məxvi danışıqlarını kodlaşdırarkən “kobud ədəbsizlik”də ittiham olunur. Yəqin ki, o zaman Britaniyanın taleyi Turingin ittiham aktındakı müddəalardan daha ağır olardı. Alan Turing qarfaşı Con Turingin təbiricə düsək valideynləri tərəfindən “qurban verildiyi”, ancaq sadiq olduğu Britaniyasını  müharibə gerçəklərindən beynini fəda edib qorudusa, Britaniya ona heykəllər qoymaqdansa həm ağır maddələrlə ittihama məruz qoydu, həm 41 yaşda həyata küsdürüb intiharına səbəb oldu, həm də onu bioqrafiyasına və bununla da minlərlə tarixi mənbəyə adını, şəxsiyyətini ləkələyən iz qoydular.

Əslində, Arnold Murrayın ifadəsindəki, oğurluq ortağının Alanın “dostu” olması detalı “kobud ədəbsizlik”də günahkar axtaran polislər, güc hakimiyyəti üçün əsas ip ucu olmalı idi. Hətta məlumatlar var ki, orada Arnold Murrayın onu oğurluğa Alanın Harri adlı dostunun yönəltdiyi ifadə olunmuşdur. Əgər ittiham qanuni və ədalətli olsaydı, polis  Harrini də həm oğurluğa şərikliyə görə, həm də əsas məsələ, “kobud ədəbsizlik”də təhlükəyə görə mühakimə etməli idi.

Araşdırmalarımız zamanı bizi son illərə kimi həyatda olmuş Arnold Murrayın Alan Turing haqqında heç bir təəssürat yazısı ilə qarşılaşdırmadı. Bu da Alanın ittihamının əsaslı olmadığını bilavasitə ifadə edir. Tarix sirrləri bilən güc hakimiyyətlərin əli ilə aradan qaldırılması ssenarilərinə şahiddir. Alan Turingin məhz 1951-ci ildə həm Arnold Murrayla tanış olması, münasibətlərinin davam etməsi, həm mühakimə olunması bizim yadımıza 97 yaşında vəfat edən, 1941-ci ildə Kembricdəki Trinity Kollecində riyaziyyat kursunda oxumuş Noskuithin 1 xatirəsini salır... Onun haqqında yazılmış internet məlumatlarında göstərilir ki, “Trinity Kolleci” həqiqətən də bəzi görkəmli cəsuslar yetişdirmişdi: “KQB-nin Kembric kəşfiyyatçılarından dördü orada oxumuşdu, onların heç biri Təhlükəsizlik Xidməti tərəfindən aşkar edilməmişdi, hətta Kim Filbinin “Bletchley Park”a Qay Burgessi agent, Entoni Blantı isə zabit, John Cairncross kəşfiyyatçısı kimi işə götürülmüşdü. Bu iqtibasdakı fikirdən biz bu nəticəni çıxarırıq ki, deməli, çox sadə, hətta dahilərə xas sadəlövh bir şəxsiyyət olan Alan Turingə qurulan oyunda iştirak edən 19 yaşlı tanışı – Murray da əvvəli belə tələbə cəsuslardan biri olub”.   

İndisə homoseksuallıq aktının “kobud ədəbsizlik” ittihamının cinəyət məsuliyyəti ilə tanış olaq: “Alan Turingə həbs müddəti və bir illik libidonu azaldan hormon terapiyası - hormonal inyeksiyalar arasında seçim verilir. O, həbsdənsə bir il davam edən hormonal inyeksiyalar müalicəsini seçir. Halbuki Murray kimi həbs olunsaydı, çox qısa müddətə azadlığa buraxılardı. Çox onilliklər sonra (2014) Broun Universitetinin Alpert Tibb Məktəbində Tibb fakültəsinin klinik professoru M.D.Herbert Rakatansky “Həkimlərin rolu cəza deyil, müalicədir” məqaləsində Alan Turingin bu cəzasının tibbi tərəfini təhlil edərək “Cinayət və xəstəliyi birləşdirmək böyük təhlükədir. Cinayətlər ədalət sistemi tərəfindən cəzalandırılır, xəstəliklər tibb sistemi ilə müalicə olunur”, - qənaəti ilə birlikdə göstərirdi ki, “homoseksual davranış 1930-cu illərin sonlarında Ziqmund Freyd qabaqcadan və düzgün şəkildə əks nəticə çıxarsa da, 19-cu əsrdə və 20-ci əsrin böyük hissəsində psixi xəstəlik hesab olunurdu. Ehtimal ki, məhkəmə bunun Turingin libidosunu azaldacağına və homoseksual davranışını ləğv edəcəyinə inanmışdı... Ancaq o vaxtlar hər hansı müalicənin cinsi oriyentasiyanı dəyişdirdiyinə dair heç bir sübut olmayıb. Turingin aldığı kimyəvi kastrasiya cinayət davranışının qarşısını almaq məqsədi daşıyırdı”. Professor Herbert Rakatansky Turingin cəza qərarı razılığını “Sofinin seçimi” kontekstində verilib – həbsxana və ya kimyəvi kastrasiya (çox da könüllü deyil). Bir il müalicə olundu. Ancaq baxmayaraq ki, hesabatlar onun libidonu azaltdığını və hormonları yaxşı tolerə etdiyini göstərib,  Turing 1954-cü ildə, müalicəsindən bir il sonra  qeyri-müəyyən şəraitdə siyaniddən zəhərlənərək ölüb.

Herbert Rakatanskynin aşağıdakı fikri də çox əsaslıdır və alimin ittihamının sifarişli olduğunu təqdiqləyir: “Nasist həkimlərinin cinayətkar və ya arzuolunmaz hesab edilən şəxslər üzərində təcrübə və müalicə etmək üçün hökumətin əmrlərinə tabe olmaqda təqsirli bilinəndən və mühakimə olunduqdan cəmi beş il sonra İngiltərə ədliyyə sisteminin bu həkimlərdən cinayət davranışını müalicə etmək üçün istifadə etməsi paradoksal görünürmü? Cəmiyyət həkimlərdən xəstəliyi sağaltmaqdan başqa şeylər tələb edəndə onlar sürüşkən bir dərəyə düşürlər. Hökumətin maliyyələşdirdiyi işgəncələrdə iştirak edən həkimlər haqqında cari xəbərlər bu təhlükəni nümayiş etdirir”. 

“Tibb rüsvayçılığı: Alan Turing - həyata qayıdır” adlı daha bir məqalədə müəllif bu fikirlərinin davamında xüsusi olaraq vurğulayır ki, “Ona həbs və “tibbi müalicə” arasında seçim etmək icazəsi verildi. O, səhv seçim etdi. Yüksək zəkasına və Üçüncü Reyxdə tibbi cinayətlərlə tanış olmasına baxmayaraq, Turing tibbi cinayətkarların bütün cəmiyyətlərdə, ən məkrli şəkildə “azad cəmiyyətlər” adlanan cəmiyyətlərdə çox olduğunu başa düşə bilmədi. Hökumət ağıl deyil, bu natiqlik deyil, gücdür. O, od kimi təhlükəli qulluqçu və qorxulu  hakimdir. Hökumətin hüquq-mühafizə aparatında işləyən həkimlər isə müalicəvi təbabətlə məşğul olmurlar və müalicə düşüncəsində deyillər. Primum nocere (əvvəlcə zərər ver) prinsipi ilə idarə olunan anti-terapevtik təqibi tətbiq edirlər. Turing onu qurban verən siyasi sistemin təbiətinə kor idi”.

“Tibb rüsvayçılığı: Alan Turing - həyata qayıdır” məqaləsi belə bir tarixi ümumi Turingçi ədalətli qənaətlə yekunlaşır: “Alman siyasətçiləri Holokosta görə üzr istəyiblər. Amerikalı siyasətçilər köləlik və Pearl Harbordan sonrakı həbs düşərgələrinə görə üzr istəyiblər. Ancaq psixiatrlar institusional səhvlərinə görə üzr istəməyiblər. Amerika Psixiatriya Assosiasiyası (və ya Kral Psixiatrlar Kolleci) bunu elan etmək fikrində deyil: Üzr istəyirik. Biz homoseksuallığı bir xəstəlik və qadın cinsi hormonlarının zorla vurulmasını onun effektiv müalicəsi elan edərkən yanıldıq. Biz azadlıq müdafiəçilərinə qoşulmaq və anti-homoseksual qanunvericiliyin ləğvini dəstəkləmək əvəzinə, dövlətin məcburedici aparatını cəmiyyətin arzuolunmazlarına həvəslə dəstəkləməklə... pislik etmişik. Psixiatrlar heç vaxt cinayətlərinə görə üzr istəməzlər, çünki insanlara zərər vermək məsuliyyətini heç vaxt qəbul etmirlər. Turing, kişi homoseksualları xəstə elan edən və onlara işgəncə verməyi humanist “tibbi müalicə” forması  qəbul edən həkimlərin qurbanı oldu”.

Davamı var.

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: