Yeddinci məqalə
Biz bundan əvvəlki məqaləmizdə dahi Alan Mathison Turingin ölümünün əsas səbəbi - intiharı haqqında yazmışdıq. Vikipediyaların məlumatlarında bu hadisənin məzmunu təxmini belə ifadə olunub: “... Turing qarşılaşdığı hadisələrdən depressiyaya düşüb və intihar edib...” Çarpayısının yanında tapılan sionid turşusuna batırıldığı ehtimal olunan dişlənmiş alma Turingin intiharının sübutu kimi qəbul olunub. Ancaq bu, “bəlkə” belə olub. Bəlkə də belə olmayıb?! Biz sonuncu – yeddinci məqaləmizdə bu ciddi məsələni araşdırıb qiymətləndirməyə çalışmışıq. Gəldiyimiz elmi-məntiqi nəticə Alan Mathison Turing intihar etməyib!
Əlbəttə, biz bu ciddi və məsuliyyətli fikri sözgəlişi yazmırıq. Bizim tədqiqatımızda Alan Turingin intihar etmədiyini təsdiqləyəcək başqa ettimallar da vardır!
Əvvəlcə dahi Alan Mathison Turing intihar etdiyi günü yada salaq. Alan Mathison Turingin 1954-cü ilin bir yay günü - 7 iyunda, 42 yaşının tamam olmağına 13 gün qalmış öz evində xadiməsi tərəfindən cansız bədəni tapılıb. Çarpayısının yanında olan dişlənmiş alma onun intiharının əsası kimi qəbul edilib.
Suallar və cavablar:
Sual: Dahi bağışlana bilməzdimi? Cavab: Xeyr. O dövrün Avropa qanunları onun bu həyat tərzi ilə həyat və fəaliyyətini davam etdirməsini cinayət hesab edirdi.
Sual: Turing həbsi deyil, müalicəni niyə seçdi? Cavab: Çünki dahi idi. Çünki məntiq alimi idi. Kriptoanalitik idi və həmdə biologiya nəzəriyyəçisi idi. Bu müalicədən qurtula biləcəyini mümkün saya bilərdi, nəinki həbsxanadan çıxa bilməyi. O, həmçinin peşəkar qaçışçı idi. Sağlam bədəndə sağlam ruh olar. Həyatdakı streslərdən qaçmaqla qurtulan alimə bu həbsxanada mümkün ola bilməzdi.
Ehtimlar, “2+2=4” məntiqi, heç fərq etməz. Rəsmi tarixi məlumatlar göstərir ki, 2012-ci ildə Hindistanda və ya heç bu da önəmli deyil, elə İngiltərədə dünyaya gəlmiş Alan Mathison Turing 1954-cü il, 7 iyun taixində təsadüf, yaxud şüurlu surətdə intihar edir. Dünya dahisi ona əxlaqsızlıq təyinatı homoseksual kimi ən aşağılanmış bir adı qoşan cəmiyyətdən getdi.
Onun cəsədi 12 iyun 1954-cü ildə Krematoriumda yandırılmış və külü (atasının külləri kimi) Krematoriumun bağlarına səpələnmişdir.
... Əslən Britaniyadan olan, müharibədən sonra ABŞ vətəndaşlığını qəbul etmiş məşhur anqlo-amerikan şair U. H. Auden 1954-cü ildə mühazirə oxuyurkən birdən Alan Turingin ölüm xəbərini eşidir. 30 dəqiqəlik mühazirə zamanı Alan Turinglə eyni taleyə sahib - amerikan şairi, liberettoçu, tərcüməçi Chester Kallmanla münasibətdə olmuş Auden İngiltərədə olsaydı özünü də belə bir sonluğun gözləyə biləcəyini düşünür və bu şeri yazır:
Bütün saatları dayandırın, telefonları sındırın,
Şirəli sümük yeyən köpək mırıldamasın.
Piano səslərini nağara zərbləri ilə batırın,
Çıxarın tabutunu, qoy kədər gəlsin
O mənim Şimalım, Cənubum, Şərqim, Qərbim,
İş həftəm, bazar günüm, istirahətim,
Günortam, gecəm, söhbətim, mahnım,
Bu sevginin əbədiliyini düşünürdüm: yanıldım.
Ulduzları daha istəmirəm, hər birini söndürün,
Ayı yox edin, Günəşi sökün,
Okeanı qurudun, meşələri süpürün;
Daha heç nə, heç vaxt gözəl ola bilməz.(ixtisarla)
Ruha, hətta ruhun dərhal başqa bir bədənə yerləşməsi düşüncəsinə çox inanan Alan Turingin külünün Krematoriumun bağlarında göyə sovrulması onu daha yaxşı ifadə edə bilər. Bəs bu son “hökm”-ün müəllifi kim olub? Axı Avropa qanunlarına görə vəfat edənin icazəsi olmadan onun cəsədi yandırıla bilməz. Məşhur ingilis dramaturqu Bernard Şou 95 yaşında yazılı vəsiyyət vermişdi ki, öləndə onun cəsədini yandırsınlar. Albert Eynşteyn də ölümündən sonra cəsədinin yandırılmasını vəsiyyət etmişdi. Onlar qədər məşhur Alan Turingin də belə bir vəsiyyətinin olması şərt idi. Amma bu haqda 1-cə məlumat da yoxdur. Belədə Alan Turing dəfn olunmalı idi, külü göylərə sovrulmamalıydı.
Biz yenə Turingin bizlərə “ehtimallara” güvənmək vəsiyyətini yada salıb, həmçinin ciddi məntiqi əsaslandırmalarla belə bir fikir irəli sürmək istəyirik ki, Turingin basdırılması haçansa bir gün məzarın açılmasına və cəsədin ən xırda bir detalla ekspertiza edilməsinə əsaslar verirdisə, “külünün” sovurularaq haralara isə gedib çıxaracağı da inandırıcıdır. Riyazi “Josephus problemi” - oyununu gözəl bilən, evində sionidin cihazı ola-ola bunun zəhər olduğunu bilməyib?.. Bilib və elə Disneyin ““Snejok” - Ağ Qar və yeddi cırtdan” cizgi filminin süjeti ilə sanki doğmalarına, onu sevənlərə və əsas da tarixə almanın da, intiharın da nağıl olduğunu bildirmək istəyib. Alanı yaxşı tanıyanlar, - Almanı dəmdə batırın, “Yuxuda olan ölüm keçisi” sözlərini xatırlamalı və onun yaşadığını ya anlamalı ya da düşünüüb, Alanı axtarmalı idilər.
Alan Turingdən sonra nə qaldı?.. Bir qüvvə olmadı həyatının müəmmalarını açsın. Bir elm-alim olmadı itmiş əsərlərini tapıb üzə çıxarsın. Həmçinin bəzi əsərləri üzərində hələ də qalan məxfilik buxovunu dağıdan bir qanun olmadı. Övladı olmadı, nəslini davam etdirsin. Ədaləti - bəraəti 100 il sonra verildi. “Alan Turing Sirləri”- açılmadı. Dövrü, zamanı, mühiti elm dahisi, müharibə əjdahası adının əvəzinə Alan Turingi əks mahiyyətdə çox fərqli alçaldıcı ada layiq gördü. Alan Turingin atası Juliusun ona tamil dilində dediyi “İdhu daan vazhkai, magane ( həyat belədir, oğlum), - acı həqiqətini burada yada salmaq yerinə düşər. Eləcə də “belə olan” həyatda LGBT cəmiyyətinin etibarsızlıq edən “hakimlərin” Turingə hörmətsizliyinə cavab olaraq, əslində dahini bir daha adiləşdirərək böyük marşal, qəhrəman adını verdiyini təəssüflə xatırlamaq lazımdır. Hətta bu gün dünyanın məşhur Apple brendinin orijinal loqosunun üzərindəki gey-sağ hərəkatlarının beynəlxalq simvolu - göy qurşağı rəngləri və dişlənmiş alma Alan Turinglə bağlıdır. Doğrudur, dünya ictimaiyyəti bu fikri qəbul etsə də Apple şirkəti, həmçinin loqonun dizayneri bunun Turinglə bağlı olduğunu inkar edir.
Tarix təkrarlanır. Dövrü Alan Turingə qəddarlıq etsə də tarix sadiq oldu. Yaratdığı ilk kompüter nəslini tarix onun 110 illik yoxluğunda hər gün daha artıq dərəcə də dəyərləndirdi. Tarix bəşəriyyətə asılı olduğu kompüter, smart nə var, nələr olacaq, buna görə dahi Alan Turigin süni intellekt nəzəriyyəsinə borclu olmağı öyrətdi. Turingdən bir dünyaya təbii və süni intellekt elm-bilik qaldı.
Alan Turing haqqında yazılanlar bir az, hətta xeyli dərəcə də onun zəif, yazıq, əlacsız, aciz insan tablosunu yaradır. Amma Alan Turing fiziki və mənəvi cəhətdən möhkəm, bütöv şəxsiyyət olub. Onun yüksək intellektini və ixtiralarına qaçış və avar çəkmə üzrə peşəkar idmançı gücünü əlavə etdikdə bu o saat anlaşılır. Kimsə düşünə bilər, bəlkə imkanlı olsaydı, onunla qəddar davranan İngiltərəni tərk edə bilərdi. Yox! Alan Mathison Turing dünyasını dəyişərkən öz dövrünün də, bizim dövrün də alimlərindən dəfələrlə artıq dərəcədə zəngin olub. Təsəvvür edin, Alan Turingin 14,9 milyard dollar sərvəti olub. İngiltərəni tərk etməsinə gəlincə dahi alim ədalətsiz ittihaından sonra xidmət etdiyi Amerikaya getmək istəyib. Amerika onu qəbul etməyib.
“Amerika sənə nifrət edirəm!”. Bu Alan Turingə məxsus fikirdir. Amma bu fikir düşündürür. Çünki Alan Turing Amerikadan artıq İngiltrəyə xidmət edib. Turingi Amerika yox, İngiltərə əvvəl mənəvi, sonra cizmani öldürüb. Bəs Turing niyə İngiltərəyə yox, Amerikaya nifrət edib?.. Qəti inandırıcı deyil ki, Alan Amerikaya onu qəbul etmədiyi üçün nifrət edib. Unutmaq olmaz ki, Amerika onu qəbul etməsə də İngiltərə hökumətinə ondan muğayat olmağı tapşırıb.
Təəssüf ki, nə Alan Turingin bioqrafları, nə dahi haqqında kitablar yazan Hogdes, nə onun güclü müdafiəçisi Jack Copeland və ümumiyyətlə, heç kim buna və Alan Turingin “Amerika mən sənə nifrət edirəm” məsələsinə aydınlıq gətirməyib.
Beləliklə, Alan Turing dahi idi. Alan Turing həm kompüterşünas, həm kriptoloq, həm biologiya nəzəriyyəçisi idi. O, dünya elminə çox, o qədər çox lazım idi ki, “Yuxuda olan ölüm keçisi”ni onun ruhsuz-cansız bədənini də oğurlaya bilərdilər və bununla Albert Eynşteynin beynini oğurlamağı və ona reaksiyanı təcrübədən keçirərdilər. Digər bir məsələ, biologiya nəzəriyyəçisi, evində sionid cihazı olan və anasının xatirələrini nəzərə alsaq sionidlə gündəlik işləyən Alan Turing sioniddən zəhərlənə bilməzdi. Təsadüfən bu baş versəydi, siptomlar başqaldıran kimi o özünü xilas edərdi. Bundan başqa Turing kriptoanalitik idi. Mütləq mənada haqqında “düzülüb-qoşulan” planları asanlıqla deşifrə etməliydi.
Bax, burada Turingin İngiltərəyə yox, Amerikaya nifrət etməsi bir az aydın olur. Çünki qəti inandırıcı deyil ki, Alan Amerikaya onu qəbul etmədiyi üçün nifrət edib. Unutmaq olmaz ki, Amerika onu qəbul etməsə də İngiltərə hökumətinə ondan muğayat olmağı tapşırıb.
Alan Mathison Turing bilik və təcrübəsindən çıxış edərək “Etibarlı nəticələr əldə etmək üçün kosmik zamanın çox böyük bir hissəsi araşdırılmalıdır” qənaətinə gəlib. Beləliklə biz də bu qənaətlə razıyıq və bundan irəli gələn şərtlərə uyğun surətdə “etibarlı nəticələr əldə etmək üçün” mümkün qədər geniş araşdırmalar apardıq və bu fikrə gəldik ki, Alan Turing çox böyük ehtimal ki, 1954-cü il, 7 iyun tarixdə tam ölməyib. Kliniki ölüm keçirməsi mümkündür və motoforik desək, “ruhunun” dalıyca qoşub, uçub fəzalara ya bəlkə alman enigmasını qırarkən çox üzdüyü okeanların altı ilə gedib-gedib Amerikaya çıxıb. Bu xəyali səfər 2 il çəkir...
Bəli fərziyələr fikir, ideyadır və fərziyələrdən başlayır ən dərin ixtiralar. Alan Turing 1950-ci ildə süni intellekt mövzusunda yazdığı və indi “Turing testi” kimi tanınan “Computing machinery and intelligence” (“Hesablama Maşınları və İntellekt”) əsas məqaləsində (“Mind” jurnalında nəşr olunmuşdur) geniş ictimaiyyəti ağıllı maşınlarla bağlı maarifləndirərkən bu fikri irəli sürmüşdü: “İnanıram ki, təxminən əlli ildən sonra beş dəqiqəlik sorğu-sualla (orta bir sorğuçunun 70 faizdən çox şansı olmayacaq) şəxsiyyəti düzgün müəyyən edən imitasiya oyununu çox yaxşı oynaya biləcək 10^9 yaddaş tutumu olan komputerləri proqramlaşdırmaq mümkün olacaq”.
Alan Turingin testi özünü zaman baxımından da təcrübə və innovasiyaya görə də sözsüz olaraq doğrultmuşdur. Budur Beynəlxalq Vahidlər Sistemində (SI) rəqəmsal məlumat üçün vahid (Giqabayt) baytın (prefiksi) çoxluğu 109 - dur .
Biz Alan Turingin proqnozunun dəqiqliyini, ideyasının və ixtirasının nəhəngliyini onun təxmini proqnozlaşdırdığı tarixdən daha iki onillik sonra onun özünün həyat və yaradıcılığına həsr olunmuş bu tədqiqatı yerinə yetirərkən aydın şəkildə görürük. Eyni zamanda biz milyardlarla insanlar kimi Alan Mathison Turingin “Computing machinery and intelligence” - sindən dolğun şəkildə faydalanırıq.
Elə Alan Turingin inandığı fövqəlbəşər ruhun başqa bir adamda qərarlaşan “fərqli bir adam, hətta heç özünün də tanımadığı bir adam” forması ilə yaşayan şəxsiyyətini süni intellektlə sintezləşmiş təbii şüurumuzla və əlbəttə ki, ehtimallarla, fərziyyələrlə müəyyən etdik.
Bu həddən artıq ağır elmi-məntiqi-ehtimal qənaətimizi açıqlamazdan əvvəl yenə bizi ehtimallara, ordan məntiqə aparan dahi Turing düşüncələrinə yer veririk. “Belə bir insanı tapmaq hamını adiləşdirir... və ona bir şey olarsa, dünyaya yenidən qayıtmaqdan və əvvəllər malik olduğu ancaq sanki heç vaxt mövcud olmayan, bir növ təcriddən başqa bir şeyiniz qalmayacaq”.
Alan Turing təcrid haqqında gələcəyini proqnozlaşdırırmış kimi yazmışdır: “Təcrid olunmuş insan heç bir intellektual güc inkişaf etdirmir. Onun həyatının ilk iyirmi ilində texnikalarını mənimsədiyi başqa insanların mühitinə qərq olması lazımdır. O, bəlkə də öz başına bir az araşdırma apara bilər və başqa insanlara faydalı çox az kəşflər edə bilər. Bu nöqteyi-nəzərdən yeni qaydalar fərdlər tərəfindən deyil, bütövlükdə insan cəmiyyəti tərəfindən həyata keçirilib, qiymətləndirilməlidir”.
Fikrimizcə, Alan Turing bu fikirləri paylaşarkən özünün iki iyirmi ildə qazandığı bütün uğurları arxada qoyub, “yeni adamda” həyatını da, elmi fəaliyyətini də “o”dan davam etməsini nəzərdə tutub. Dahi alimin son cümlədəki “Bu nöqteyi-nəzərdən yeni qaydalar fərdlər tərəfindən deyil, bütövlükdə insan cəmiyyəti tərəfindən həyata keçirilib, qiymətləndirilməlidir” qəti qərarı da bu qənaətimizi təsdiqləyir.
Xatırladaq ki, Alan “Josephus problemi”(təniyini) gözəl bilirdi, deməli, o nə intihar edəcək, nə intihara vadar ediləcək, nə də təsadüfən sionidi tənəffüz edəcək qədər bəsit şəxs deyildi. Hələ Alan müharibə illərində Enigma fəaliyyəti öz yerində, U.Çörçillin və eləcə də F.D.Ruzveltin danışıqlarını (əməliyyat planlarını) şifrələmiş nəhəng kriptoanalitik idi. Onu aradan götürməyə birinci, ikinci hətta iki siyasi lider birlikdə “ehtiyat” edə bilərdilər. Alan əslində ölən günü onun ağıllı “machine”si hardansa üzə çıxıb, bütün şifralar açıb tökə bilərdi. Ona görə Alanı sevimli mahnısı “Yuxuda olan ölüm keçisi" ilə yatırdıb, sonra dərin yuxudan ayıltmaq və ona bir ad-soyadla “yaşa, yaz, yarat və mükafatlan” demək, ən yaxşı çıxış yolu ola bilərdi...
Biz əvvəlki məqalələrimizdə Alan Turing peşəkar qaçışçı olduğunu yazmışdıq. Turingin Britaniya Olimpiya komandasına üzv olmaq arzusuna ayağındakı zədə ona mane olmuşdur. Turing qaçmaq hobbisini stresli işi ilə əlaqələndirmiş və stresdən çıxmağın yeganə yolunu çox qaçmaqda görmüş və “bu, mənim azadlığa çıxmağımın yeganə yoludur” demişdir. Fikrimizcə, Mançestrdən “arabir Londona 40 mil (64 km) yolu qaçan” dünya səviyyəli marafon qaçış ustası Alan Turing elə həyatının ən stresli, hətta dəhşətli vaxtında da azadlığa çıxmağın yeganə yolunu” qaçmaqda görmüş, bu dəfə Londondan sürətlə və çox uzaqlara qaçmışdır.
... ABŞ-ın Avropa ilə rəqabət xarakterində fenomen riyaziyyatçıları (Con Von Neuman, A.Eynşteyn, Osvald Veblen, Kurd Goodel, o cümlədən Alan Turing və b.) və ümumiyyətlə, güclü, alimlərin Preceton Universitetinə cəlb olunmasına maraqlı olduğu barədə məlumatlar fikrimizi Alanın son qaçışının ABŞ-a olduğuna yönəldir.
Beləliklə, ehtimallarla Alanın peyda olacağı ölkə ABŞ, cildinə girəcəyi “adam”, - Amerikan alimi Alan Jay Perlis ola bilər. Məntiqi ehtimallarımız Alan Turing kimi “kompüterin atası” hesab olunan Amerika yəhudi alimi Alan Jay Perlis üzərində təsadüfi cəmlənmir. Alan Jay Perlisin tərcümeyi halında hər şey lisey dövründən başladığı üçün yəni, vətəni, ailəsi, nəsli, 17 yaşına kimi heç bir bioqrafik (tərcümeyi-halı vikipediyada 35 müxtəlif dildə mövcud olmasına rəğmən) məlumatı olmadığına görə biz (Alan adının mənasını və yəhudi adı olduğunu artıq yazmışıq) ilk əvvəl Perlis sözünün haradan gəldiyi, hansı fikri ifadə etdiyinə aydınlıq gətirməyi elmi-məntiqi və obyektiv qənaətimizi diqqətə çatdıırmaq istəyirik.
Beləki vikipediya məlumatlarında Perlis sözünün mənası tam şəkildə bəlli olmasa da fərziyyələrlə Tayland dilindəki “Phrao Loi”, yerli sakinlər tərəfindən “pereleh” və ya Perlis - “sahildə yuyulmuş Hindistan cevizi”, malayca “peroleh” – “almaq” və ya “hədiyyə”, yaxud Şimali Malay ləhcəsində “perelus” - təxminən “çatlayan ayaq” mənasını verir. 2015-ci ildə Persil sözünün ştatın konstitusiyasında “Tanrılar və bir Darul” kimi göstərildiyini də əlavə edə bilərik. “Darul” (darül) isə müdrik mənasında sözdür. Bir internet məqaləsində Perlis “perelus” - təxminən “çatlayan ayaq” ifadəsi kimi vurğulanır. Bu fikir Perlisin ərazisinin palçıqla dolu olduğu üçün insanların ayaqlarının palçığa batması ehtimalı ilə izah edilir.
Ancaq bizim ehtimallarımıza görə Perlis sözünün “Perlisin ərazisinin palçıqla dolu olduğu üçün insanların ayaqlarının palçığa batması” ehtimalını çıxmaqla bütün mənaları Alan Mathison Turinglə bağlıdır. Yəni “sahildə yuyulmuş Hindistan cevizi”- mənasında onun birinci vətəni Hindistanın olması, ikinci mənadakı “peroleh” – “almaq” və ya “hədiyyə” sözləri onun özünün alınması və ya "hədiyyə edilməsi", üçüncü mənadakı "perelus” - təxminən “çatlayan ayaq” kimyavi müalicə aparatının çıxarılması üçün Alanın “ayağının oyulması” mənasını verməsi kripto kimi aydın surətdə deşifrə olunur.
Perlis sözünə region kimi baxdıda artıq qeyd-şərtsiz onun Alan Mathison Turingin ata və eləcə də anasının, onların babalarının, hətta onların da nəslinin gedib çıxdığı torpaqlar olduğu bəlli olur. Alan Mathison Turingin bioqrafiyasında əslən Hollandiyada məskunlaşmış Şotland olan ata babasının İngilis Hindistanında hərbi sahədə çalışdığı qeydi vardır. Hollandlıların Malaziya dövlətinin Perlis ştatının yerləşdiyi Malay yarımadasını 17-18-ci əsrlərdə işğal etməsini, sonra 1909-cu ildə Anglo-Siam müqaviləsinə əsasən Perlisin və digər ştatların Böyük Britaniyaya təslim olmasını, İngilislərin Perlis Krallığının paytaxtında öz xüsusi xidmət nümayəndəliyini yerləşdirməsini, bu krallığın qısa müddət (İkinci Dünya Müharibəsi illərində) İngilislərin əlindən alınmasına baxmayaraq 1963-cü ildə Malayziyanın bir hissəsi olana qədər Britaniya hakimiyyəti altında (ingilis müstəmləkəsi) olmasını, hətta Perlisdə Tamil etniklərinin yaşamasını nəzərə aldıqda Alan Perlisin Alan Turing olduğuna inamımız güclənir. Hindistan ştatı Tamil Nadunun Alan Turingin ana və atasının aid olduğu yerlər və Tamil dilini atasının yüksək səviyyədə bilməsi faktlarını da buna əlavə etdikdə qəti şəkildə Alan Perlis Alan Turingdir, deyə bilirik.
İndisə iki məşhur informasiya texnologiyası alimi, iki “kompüter atası” Alan Turing və Alan Perlisin həyatları, təhsil və xüsusilə də elmi fəaliyyətləri üzərində müqayisələrimizə başlayırıq. Beləcə Alan Mathison Turing uşaqlıq, gənclik illərində kimya-biologiya sahələrinə böyük marağı ilə fərqlənib Mendeleyevi öyrənib, hətta biologiya nəzəriyyəçisi kimi məşhurlaşmışdısa, Alan Jay Perlisin də bakalavr təhsili kimya olmuşdur. O, 1943-cü ildə Kornegi Mellon Universitetində (əvvəllər Karnegi Texnologiya İnstitutu) kimya üzrə bakalavr dərəcəsi almışdır. Burda haşiyə çıxaraq vurğulamaq yerinə düşər ki, elə bu bioqrafik məlumatda qatmaqarışıqlıq və ya daha dəqiq desək anlaşımazlıq diqqəti cəlb edir. Belə ki, Alan Jay Perlis haqqında olan bir məqalədə onun 1943-cü ildə deyil, 1942-ci ildə kimya üzrə bakalavr dərəcəsi aldığı yazılmışdır. Bundan başqa həmin yazıda Alan Jay Perlisin 1942-1945-ci illərdə ABŞ Ordusunun Hərbi Hava Qüvvələrində xidmət etməsi göstərilmişdir.
Bakalavr təhsil aldığı müddətdə Alan Jay Perlis ABŞ Ordusunun Hərbi Hava Qüvvələrində necə xidmət edə bilərdi? Həmçinin başqa bir məlumatda onun 1943-cü ildə müharibədə xidmət vaxtı riyaziyyatla maraqlanması yazılmışdır. Onun orduda, xüsusən də ABŞ Hərbi Hava Qüvvələrində xidməti vaxtı gələcək ali təhsili, elmi dərəcəsi və hətta nəhəng elmi fəaliyyəti üçün əsas olacaq ən ali fənn riyaziyyatla məşğul olması mümkün görünürmü? Ancaq o, 1942-1945-ci illərdə ABŞ Ordusunun Hərbi Hava Qüvvələrində xidmətini bitirdikdən sonra 1946-47-ci illərdə Kaliforniya Texnologiya İnstitutunda riyaziyyat üzrə magistr dərəcəsi almışdır. O, 1950-1951-ci illərdə riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Yenə bir yanlya qarışlıq diqqəti cəlb edir. Bu bioqrafik məlumatlarda kimya üzrə bakalavr təhsili ala-ala orduda xidmət etmiş Alan Perlisin magistr dərəcəsini 1949-cu ildə, riyaziyyat üzrə magistr, elmlər namizədi alimlik dərəcəsini 1950-ci ildə alması göstərilmişdir. Alan Perlisin vikipediya səhifələri çox da köhnə deyildir. Cəmi 15 il əvvəlin tərcümeyi-hallarında və onun yaxından tanıyanların dəqiq bir məlumat verməməsi də qeyri-müəyyənlik yaradır.
Alan Perlisin “İnteqral tənliklər, onların təkrarlama və analitik davam yolu ilə həlli haqqında” mövzusunda doktorluq dissertasiyası da Alan Turingin elmi nailiyyətlərinin davamı kimi diqqət cəlb edir.
1952-ci ildə Alan Mathiso Turingin İngiltərədə həyatının sonu başlayanda Alan Jay Perlisin ABŞ-da karyerası parlamağa başlayır. Həm də Perlisin onda cəmi 30 yaşı olub. Alan Perlisin 1954-1955-ci illər həyat və fəaliyyəti məlum deyil.
1956-cı ildə isə Alan Mathiso Turing artıq iki ildi ki, bu dünyada və ixtiralar aləmində deyildi. Onun yolunu həyatının ən önəmli zamanlarının keçdiyi, böyük fayda verdiyi ABŞ-da Alan Jay Perlis Karnegi Texnologiya İnstitutunda riyaziyyat kafedrasının müdiri, daha sonra informatika kafedrasının birinci müdiri, hətta 1962-ci ildə Hesablama Maşınları Assosiasiyasının prezidenti, Purdue, Karnegi Mellon və Yale Universitetlərinin professoru kimi uğurla davam etdiridi.
Bu məqamda isə Alan Perlisin bioqrafiyasının ən dolğun illərini nəzərdən keçirək. Beləki, Alan Jay Perlis 1971-ci ildə ABŞ Yale Universitetində kompüter elmləri kafedrasında fəaliyyətə başlayıb. 1977-ci ildə Milli Mühəndislik Akademiyasına seçiib. Məşhur Turingçi alim 1982-ci ildə Hesablama Maşınları Assosiasiyasının (ACM) SIGPLAN jurnalı üçün “Proqramlaşdırma haqqında epiqramlar” məqaləsini yazmışdır və bu onun bütün fəaliyyəti dövründə ən qiymətli əsəri kimi tanınır.
Ancaq Turing Complete Language (Turing Tam Dili) haqqında elmi qiymətləndirmələr Amerika riyaziyyatçısı və “kompüter atası” Alan Jay Perlisin bu və bütün digər əsərlərində Alan Turingə əsaslandığını və onu davam etdirdiyini təsdiq edir. Fikrimizi belə də ifadə edə bilərik: Alan Mathison Turingi 1 nəhəng ağaca bənzətsək, Alan Jay Perlis bu ağacın budaqları ola bilər.
Bundan başqa bütün başqa elm sahələrinin, habelə bütün ixtiraların bir “atası varsa” informasiya – kompüter quruculuğunun iki atası, həmçinin 2 Alan adda “atasının” olması təəccüb doğurur.
Amerika kompüter alimi Alan Jay Perlisin ən böyük uğuru da dahi Alan Mathison Turingin adı ilə bağlıdı. O, Alan Turingin adını daşıyan, informatika aləminin Nobel mükafatı adlandırılan və 1966-cı ildən etibarən hər il verilən Turing mükafatının ilk laureatı olmuşdur. Qeyd edək ki, dəyəri 1 milyon ABŞ dolları olan Turing mükafatının sponsoru “Google” korporasiyasıdır.
Maraqlı faktlardan biri də bütün müasirləri ilə müqayisədə yalnız Alan Jay Perlisin Alan Mathison Turingin sistemlərini davam etdirməsidir. Məsələn o, elə 34 yaşında olarkən, 1956-cı ildə Alan Turingin əsasını qoyduğu kompüter quruculuğu ixtirasının ən əsas sahəsi “Turing testi”-nin nüvəsinin, ümumilikdə, “Turing-complete”-nin ABŞ-da ilk uğurlu bir nəticəsini tətbiq etdiyinə görə kompilyator qurucusu kimi nominant olmuşdur və 1966-cı ildə ilk dəfə Turing mükafatına layiq görülmüşdür. “Turing-complete” (“Turing-tamlığı”) isə “Turing oracle”( “Turing-kahinləri”) sonsuzluğunu ehtiva edir ki, bu da müasir dövrün bütün proqramlaşdırma dillərinin ən böyük faizlə -geniş miqyasda “Turing-complete” dən asılıdır.
Alan Perlisin Alan Turinglə eynləşdirilməsi məsələsində ehtimallar sırasında yuxarıda vurğuladıqlarımız mütləq mənada əsas ola bilməzsə, hər ikisinin adının Alan olması “zəif bənd”dirsə, yuxarıda da qeyd etdiyimiz kimi yumoru çox sevən Alan Turing “ruh əkizi” Alan Jay Perlis 1922- ci ilin Ümumdünya Gülüş Günü, o cümlədən, Böyük Britaniya və bütövlükdə Avropada tarixi çox qədimlərə gedib çıxan, mənası dərin olan “Fools' Day”- “axmaqlar” günü kimi məşhur olan 1 apreldə, həm də simvolik yuvarlaq olaraq Alan Mathison Turingdən 10 il sonra dünyaya gəlməsi təsadüf ola bilməz.
Xatırladaq ki, biz tədqiqatın əvvəlində ciddi-məntiqi təhlillərimizlə Alan Mathison Turingin əslində yəhudi olduğu qənətimizi paylaşmışdıq. Alan Jay Perlis də yəhudidir.
Başqa bir uyğunluq: Alan Mathison Turing əgər İngiltərə Hindistanında və ya İngiltərənin Hindistan səmtindən olubsa Alan Jay Perlis Amerika Hndistanından – Pensilvaniya Ştatının Pitsburq şəhərində doğulub.
Sonra Alan Mathison Turing kimi Alan Jay Perlisin də ailəsi, övladları (vikipediyalarından çıxış edirik) olmayıb. Alan Mathison Turingdən fərqli Alan Jay Perlisin vikipediyalarda heç ailəsi, uşaqlığı, gənclik illəri haqqqında məlumatların olmaması da “bir müəmma” fikri yaradır. Biz çox çətinliklə Alan Jay Perlisin valideynlərinin adını öyrəndik. Dəqiqlik üçün tapdığımız qısa orjinalda təqdim edirik: “Perlis, Alan J. was born on April 1, 1922 in Pittsburgh. Son of Louis Phillip and Zelda Anne (Gilfond) Perlis). Deməli bu məlumata görə Jay Perlisin anasının adı Zelda Anne (Gilfond), həm də Perlisdir. Ancaq Jay Perlisin atasının adının Louis Phillip olması və haqqında heç bir əlavə açıqlamanın verilməməsi bir az qəribə görünür. Bütün vikipediyalarda Louis Phillip adında yalnız 1793-1830-ci illərdə yaşamış və Fransa kralı olmuş şəxs haqqında məlumatlar vardır. Bir də on dəfələrlə müxtəlif suallarla axtarışımızda Geni adlanan bir saytda Louis Phillip (Lazer Fischel) adlı bir ad-soyadla qaşılaşdıq ki. Onun da Alan Perlisin yaxın adamı Nəzərə aldıqda ki, Alan Perlis ən məşhur kompüter alimlərdən biridir və internetdə tərcümeyi-halı 35 dildə mövcuddur, hətta o ABŞ-dan olan ən populyar tərcümeyi-hala görə 3514-cü yerdədir nəsli-kökü, liseyə qədər ömrü, taleyi, uşaqları və s. şəxsi detallar barədə heç bir məlumatın olmaması həqiqətən fikri azdırır.
Alan Perlisin Alan Turingin fotoqrafı ilə fotomontaj edilmiş br fotosu vardır. Fikrimizcə, tarixdə iki eyni sahənin aliminin belə bir fotomontaj fotosu ilə qarşılmamışdır. Ümumiyyətlə, hər iki alimin fotolarından eyni gülüş motivi ştrixi də maraqlıdır. Turinglə Perlisin bədən quruluşunun fərqi isə birincinin kimyəvi cəzası zamanı dəyişildiyi bəllidir, həmçinin Turing özü də “bu müalicədən başqa adam çıxacağını” yazmışdır. Bundan başqa Alan Perlisin fəaliyyətində demək olar ki, bütün əsərlər həmmüəlliflə (məs. J. W. Smith və H. R. Van Zoeren C. Tornton, Robert T. Braden, Frederik Sayvard və Meri Şou, Tu Hai-Chen ilə) çap olunub ki, bu da fikrimizcə, dahi alimin kimyəvi dərmanların təsirindən zəiflədiyini ifadə edir.
Daha bir gerçəyə çox uyğun gələn ehtimalımız bundan ibarətdir ki, Alan Mathison Turing 1942-ci ilin noyabr 1943-cü ilin mart aylarında Amerika Birləşmiş Ştatlarında olmuşdur. Alan Jay Perlis də elə bu vaxtlar riyaziyyatla maraqlanmış və magistr, bakalavr təhsili, doktorluq dissertasiyası və bütövlükdə elmi fəaliyyəti riyaziyyatla bağlanıb. Bəlkə bu ssenari elə o həllərdə düşünülüb. Axı sadə sadəlövh Alan Turing Amerikada ən adi bir vəzifədə işləməyi də arzulamışdı.
Hələ Alan Turingin Amerikada Princeton Universitetində oxuyarkən bir konfransda çəkilmiş şəkli, eyni zamanda ABŞ vəsiqəsi üzərində şəkildəki onun ümumi qəbul edilmiş şəkillərindən tamamilə fərqlidir və bu şəkillərdəki adam Alan Perlisə xeyli oxşayır.
Nəhayət, Alan Perlis 30 yaşında, 1952-ci ildə informatika aləmində parlayanda Alan Turing həyatda idi. ABŞ-da Alan Turing sistemini davam etdirən belə bir kompüter aliminin meydana çıxdığı haqda dahi alimin vikipediya səhifələrində bir işarə belə olmaması təəccüblüsür. Eləcə də 1952-ci ildə Alan Perlis “Turing-complete”dən faydalandığı barədə heç bir qeydi yoxdur.
2009-cu ilin avqust ayında Oksford Universitetinin məzunu və Kompüter Elmləri üzrə fəlsəfə doktoru John Graham-Cumming İngiltərədə Alan Turingin 100 illiyi ərəfəsində onun hüququnu müdafiə edən, Britaniya hökumətini üzr istəməyə çağıran petisiya təşkil edir və qısa müddətdə təxminən 1 ay ərzində 30.000-dən çox insanın imzasını toplayıb. Yalnız bundan sonra Böyük Britaniyanın baş naziri Qordon Braun petisiyanı qəbul edərək 10 sentyabr 2009-cu ildə İngiltərə hökumətinin Alan Mathison Turingə qarşı qəddar münasibətinə görə üzr istəməsini təsvir edən bəyanat verir və Alan Turingdən üzr istəyir. 2011-ci ilin dekabrında isə Uilyam Cons və onun Parlament üzvü Con Liç elektron imza toplama aksiyası təşkil edim 40 minlik tərəfdarla İngiltərə hökumətinin Turingi əfv etməsini tələb etdi. Baxamyaraq Hüquq rəhbərliyi bunun mümkünsüzlüyünü əsaslandırdı. Amma Kraliça II Yelizaveta 24 dekabr 2013-cü ildə özünün səlahiyyəti çərçivəsində Turingin “kobud ədəbsizliyə” görə məhkum edilməsi ilə bağlı əfv fərmanı imzaladı. Bu fərman 2014-cü ildə rəsmən elan edilmişdir.
Ruha inanan Alan Mathison Turingin 100 illiyində yada düşən bu məsələyə münasibəti necə olub, biz bunu bilə bilmərik. Ancaq biz onu dəqiq bilirik ki, yaratdığı “Bombe” adlı elektromexaniki maşın ilə II Dünya müharibəsində azı 21 milyon insanı xilas edən, müharibənin 2 il tez bitməsini gerçəkləşdirən dahi kriptoanalitik, 1951-ci ildə Kral Cəmiyyətinin üzvü seçilmiş, nəhəng informasiya texnologiyası ixtiraçısı, müasir kompüterlər nəslinin “atası”, süni intellekt sisteminin qurucusu Alan Mathison Turingə dövrü qəhrəman heykəli qoymaqdansa, dahi alim dəyərini verməkdənsə ona ən alçaldıcı ad verdi və onu məhv etdi. Kimyəvi müalicə sözsüz ki, onun beyninə də öz təsirini göstərmişdi. Bədən quruluşunu dəyişən zərərli dərmanların nəticəsidir bəlkə, bizim ehtimal Alan Turingin ölmünə qədər olan nailiyyətləri ilə “yeni həyatındakı” fəaliyyəti və uğurları arasındakı fərq çox böyükdür. Hələ ikinci həyat baxmayaraq ki, 1990-cı ilə kimi, yəni təəxminən 35 il davam edib.
Dünya elm ictimaiyyəti Alan Turingə qarşı böyük haqsızlığı ona (Biletchley parkda) 1 tonyarımlıq heykəlini, Guildforddakı Surrey Universitetində bürünc heykəlini açmaqla, adını yollara, körpülərə, küçələrə, parklara, binalara və s. verməklə, 1966-cı ildən başlayaraq hər il 1 milyon dəyərində Turing mükafatı təsis etməklə, hər il adı ilə bağlı çoxsayda və müxtəlif tədbirlər həyata keçirməklə, AlanTuringə həsr olunmuş bədii və sənədli filmlər istehsal etməklə, kitablar, dissertasiyalar meydana çıxarmaqla və s. (dahi Turingin adının əbədiləşdirildiyi bütün dəlillər bəlkə 1 məqaləyə sığmır) şəkildə adını əbədiləşdirməklə öz borcundan çıxmağa çalışmışdır.
Dünya Alan Turingi davam etdirən alimlər nəsli də yetişdirmiş və yetişdirməkdədir. Ancaq təəssüf ki, heç bir qüvvə, heç kim və heç nə dahi Alan Turingə edilmiş haqsızlığı tarixdən silə bilməmiş və buna heç vaxt da qadir olaymacaqdır. Dahi və haqsızlıq, əsl müharibə qəhrəmanı, elektron bomba ixtiraçısı - Alan Turing və miqyassız ədalətsizlik. İki porodoks...
Süni intellekt sisteminin tarixi ilə adı bərabər anılan ingilis riyaziyyatçısı, məntiq aliminin həyatı və informatikanın inkişafı sahəsindəki unikal xidmətlərini “məntiq” deyib geninə-boluna “tənqid” edən tanınmış alim Martin Davis “Bütünlüklə Məntiqdir: Martin Davis Alan Turingin Novatorluğunu “deşifrə edir” müsahibə yazısında müxbirin sonuncu - “Keçən il dünya universitetləri Turingin yüz illiyini qeyd etdilər. Sizcə, onun əbədi mirası nədir? Və onun işi bu gün nə dərəcədə aktualdır?” - sualına Amerikan alimi Martin Davis çox qısa cavab verir: “Onun işi yaşadığımız dünyanın əsasını təşkil edir”. Bu bir cümlə dünya elminin 80 il bundan əvvəl tanıyıb təfəkküründən faylandığı və bu gün də “dünənlər” qədər bəhrələndiyi Alan Mathison Turingin dahiliyini dolğunluqla ifadə edir.
Son: Alan Mathison Turing elə “Maşınlar düşünə bilərmi?” sualına çox doğru cavab verib: “Düşünmək insanın ölməz ruhunun funksiyasıdır. Allah heç bir heyvana və ya maşına deyil, hər insana - bir kişiyə və qadına ölümsüz ruh verib. Deməli, heç bir heyvan və ya maşın düşünə bilməz”. Nəhəng informasiya aliminin Mançesterdəki Sackville Parkında ucaldılmış Heykəlinin ayağındakı lövhədə bu bir cümlə yazılıb: “İnformatika elminin atası, riyaziyyatçı, məntiqçi, müharibə dövrünün şifrəsini sındıran, qərəzlərin qurbanı” Alan Turing Allahın yaratdığı insan beyni – şüurunu özünün yaratdığı süni intellekt sistemindən – ağıllı maşınlardan üstün tutaraq düşüncəni insanın ölməz ruhunun funksiyası hesab etmişdir”.
Biz də dahi Alan Mathison Turingin bizə bəxş etdiyi “cazibədar, intellektual aləmə” dərin minnətdarlıq hissi ilə onun dövrü, dünyagörüşü, həyatı haqqında düşünüb oxuduq, oxuyub araşdırma apardıq və tədqiq-təhlillərimizdən alınan obyektiv-məntiqi, elmi qənaətlərimizi “Qəhrəman Alan Turingin “bombası” və süni intellekt fəlsəfəsi” adlı 7 məqaləmizdə (ixtisarlarla) əsaslandırmağa çalışdıq və fikrimizcə buna nail olduq.
Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.