Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.01.2023 17:33
  • A-
  • A
  • A+

Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası yaradılıb

Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası yaradılıb

Qərbi Azərbaycan İcmasında icma rəhbərliyinin icmanın müxtəlif strukturlarında təmsil olunan, Qərbi Azərbaycan üzrə bir qrup tədqiqatçı alimlə görüşü keçirilib.

Görüşdə icmanın qarşısında duran vəzifələr, Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə tədqiqi, nəşri və təbliği məsələləri müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli görüşün məqsədi barədə məlumat verərək, Qərbi Azərbaycan həqiqətlərinin həm daxili, həm də xarici auditoriya üçün çatdırılma zərurətindən və üsullarından bəhs edib.

Bir neçə saat davam edən müzakirələr zamanı mövcud problemlərin bütün aspektləri nəzərdən keçirilib.

Müzakirələrdə icmanın sədri, deputat Əziz Ələkbərli, icma sədrinin müavini, deputat professor Hikmət Babaoğlu, icmanın şöbə müdiri Miraslan Bəkirli, professor Həsən Bayramoğlu, professor Fərrux Rüstəmov, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, tanınmış tarixçi alim Nazim Mustafa, dosent Cəlal Allahverdiyev, tədqiqatçı, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Mirzə Ənsərli iştirak və çıxış ediblər.

Tədbirdə Qərbi Azərbaycan İcması tərkibində Elm komissiyasının yaradılması, onun müxtəlif tədqiqat sahələri üzrə bölmələrinin təşkil edilməsi və Komissiyanın işinə bu elm sahələri üzrə alimlərin cəlb edilməsi qərara alınıb. Komissiyanın işinə rəhbərlik Qərbi Azərbaycan İcması sədrinin müavini, deputat professor Hikmət Babaoğluya tapşırılıb.

AzərTac

  • Paylaş: