Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Adil Əsədovun “Teatr və proto-teatr” adlı kitabı işıq üzü görüb
30.01.2023 15:14
  • A-
  • A
  • A+

Professor Adil Əsədovun “Teatr və proto-teatr” adlı kitabı işıq üzü görüb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Estetika şöbəsinin müdiri, f.e.d., professor Adil Əsədovun “Teatr və proto-teatr” kitabı nəşr olunub.

Professor Adil Əsədov yeni kitabında teatrın mahiyyəti və təşəkkül xüsusiyyətləri ilə bağlı irəli sürdüyü yeni konsepsiyasını oxucuların müzakirəsinə təqdim edir. Teatrın yeni fəlsəfəsi məzmununu daşıyan bu konsepsiyanın əsas terminləri olaraq proto-teatr, proto-dramaturq, proto-aktyor, proto-tamaşaçı, post-tamaşaçı və post-teatr terminləri irəli sürülüb. Əsər fəlsəfə elmləri üzrə mütəxəssislər, sənətşünaslar, ali məktəb tələbələri, həmçinin teatr və fəlsəfə mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Monoqrafiyanın “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri f.e.d., professor Rahid Ulusel, Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri Vidadi Qafarov, Fəlsəfə və Sosiologiya İnstitutunun Estetika şöbəsinin aparıcı elmi işçisi Təhminə Ağakişiyevadır.

Vəsait AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının qərarı ilə çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: