Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.08.2015 08:13
  • A-
  • A
  • A+

AMEA-nın Beynəlxalq əlaqələr idarəsinin rəisi İsraildə keçirilən I Dünya Elm Konfransında iştirak edir

AMEA-nın Beynəlxalq əlaqələr idarəsinin rəisi İsraildə keçirilən I Dünya  Elm Konfransında iştirak edir

Cari ilin avqust ayının 15-dən 21-nə kimi İsrailin Yerusəlim şəhərində I Dünya Elm Konfransı (WSCI) keçirilir. Tədbirdə 70-dən artıq ölkənin (Albaniya, Almaniya, Avstriya, Türkiyə, Boliviya, Braziliya, Çili, Çin, Koreya, Vyetnam, Danimarka, Rusiya, Gürcüstan, Ukrayna, ABŞ, İtaliya, İsveç, Slovakiya, Sloveniya, Polşa, İzrail, Çexiya, Fransa, Belçika, Böyük Britaniya, Yunanıstan, Hindistan, Pakistan və s.) tələbələri və alimləri iştirak edirlər.

Konfransda ölkəmizi AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev (Azərbaycandan nümayəndə heyətinin rəhbəri qismində), Bakı Dövlət Universitetinin bakalavr-tələbələri, AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşı Elvin BabayevRadiasiya Problemləri İnstitutunun əməkdaşı Nicat Nəbiyev təmsil edirlər.

Tədbir müxtəlif plenar iclaslar, mötəbər Nobel laureatlarının mühazirələri, İsrail Dövlətinin rəsmi şəxslərinin çıxışları ilə davam edir.

Konfrans çərçivəsində Beynəlxalq əlaqələr idarəsinin rəisi Qulam Babayev Albaniya, Braziliya, Hindistan, Türkiyə, Çexiya və digər Avropa ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, həmçinin tələbələri ilə görüşlər keçirib. Görüşlərdə AMEA-nın magistr və doktorantlarının xaricdə təhsil alma imkanları, mövcud elmi əlaqələr və gələcəkdə yeni istiqamətlərin müəyyən edilməsi məsələləri müzakirə edilib.

Konfrans işini davam etdirir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: