Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan - Türkiyə qardaşlığı əbədidir
20.02.2023 10:58
  • A-
  • A
  • A+

Azərbaycan - Türkiyə qardaşlığı əbədidir

Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələnin aradan qaldırılması ilə bağlı Azərbaycan dövlətinin və xalqımızın yardım aksiyası hadisənin ilk günündən ümumxalq işinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana bu təbii fəlakətlə bağlı göndərdiyi başsağlığı məktubunda dərin kədər, çox böyük sarsıntı və iki qardaş xalqın birlikdə yaşadığı acının ifadəsi öz əksini tapmışdır. Bu gün bütün dünyaya məlumdur ki, hər iki qardaş xalqın sevinci və kədəri birdir. Artıq hər kəsə məlumdur ki, bu birlik hər bir çətinliyin, ağır durumun qarşısını ala biləcək qüdrətə malikdir. Münasibətlərin strategiyası göstərdi ki, dövlət başçılarının qarşılıqlı münasibətləri xalqlarımızın soykökünün və tarixin çətin zamanlarındakı birliyinin möhkəm ideoloji bazasını ifadə etmişdir. Ulu Öndər Heydər Əliyevin “Bir millət iki dövlət” tezisi əbədi qardaşlığımızın düsturu olaraq hər birimizin qarşısında mühüm vəzifələri müəyyənləşdirib. Bütün bunlar zəlzələnin baş verməsindən sonra Prezident İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana etdiyi telefon zəngi zamanı bir daha ifadə olundu, Türkiyənin tək olmadığını, Azərbaycanın hər zaman onun yanında olduğu və olacağını diqqətə çatdırdı.

Baş vermiş təbii fəlakətin miqyasının böyük olması ümumxalq səfərbərliyinin möhtəşəm izdihamını diqqətə gətirmişdir. Bu ümumxalq sevgisi xalqımızın daxilindən gələn çox böyük sevginin, dəstəyin təzahürüdür. Hər bir Azərbaycan vətəndaşı bu fəlakətin qarşısının alınmasında var gücü ilə özünün köməyini, dəstəyini göstərməkdədəir. Prezident İlham Əliyevin Bakıda Türkiyə səfirliyinə gələrək qardaş Türkiyə xalqına verdiyi başsağlığının mahiyyəti onu deməyə əsas verir ki, hər iki qardaş xalqın birliyi əbədidir, sarsılmazdır. Bu birlik həm də müdrik siyasi liderlərimizin xalqlarımızın möhtəşəm inkişafına və qüdrətli gələcəyinə verdiyi əvəzsiz töhfədir. Qardaş Türkiyə xalqının bu çətin günündə dünyanın Azərbaycan xalqının səfərbərliyinə şahidlik etməsi isə siyasi baxımdan dünya ictimaiyyətinə bir çox məqamların mahiyyətini açmışdır.

Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı!

Tanrıdan həlak olanlara rəhmət diləyirik!

Tanrı Türkü qorusun!

Sənan HƏSƏNOV, YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

sesqazeti.az

  • Paylaş: