Azərbaycan Milli Elmlər Akademiyasının Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə köməklik məqsədilə göstərdiyi yardım qardaş ölkənin mediasında geniş işıqlandırılıb.
Türkiyənin məşhur “Yeni Akit” qəzeti, eləcə də “oncevatan”, “erzurumolay”, “kastamonuguncel”, “konyabakis”, “yesiligdir”, “guvengazetesi” və digər saytlarında AMEA-nın kollektivi tərəfindən Türkiyənin AFAD qurumuna maddi ianənin edildiyi və yardımların davam etdiriləcəyi oxucuların diqqətinə çatdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.