Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.03.2023 11:42
  • A-
  • A
  • A+

BDU-nun magistrantları Zoologiya İnstitutunda təcrübə keçirlər

BDU-nun magistrantları Zoologiya İnstitutunda təcrübə keçirlər

BDU-nun Zoologiya və Fiziologiya kafedrasının II kurs magistrantları Zoologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçirlər.

Təcrübə müddəti 16 fevral-16 mart tarixlərini əhatə edəcək. Magistrantlar ixtisaslarına müvafiq olaraq müxtəlif laboratoriyalarda nəzəri və praktiki biliklərə yiyələnirlər. Onlar Hidrobiologiya, Parazitologiya və Quru onurğasızları laboratoriyalarının əməkdaşlarının rəhbərliyi altında elmi-tədqiqat təcrübələri aparırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: