Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.03.2023 16:30
  • A-
  • A
  • A+

ADNSU-nun tələbələri Neft-Kimya Prosesləri İnstitutunda təcrübə keçirlər

ADNSU-nun tələbələri Neft-Kimya Prosesləri İnstitutunda təcrübə keçirlər

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Azərbaycan Neft-Kimya Prosesləri İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri mart ayının 1-dən aprel ayının 23-ü tarixədək elmi-tədqiqat təcrübəsi keçəcəklər.

Tələbələrlə görüşən institutun baş direktoru, akademik Vaqif Abbasov sözügedən müəssisədə aparılan elmi tədqiqat işləri haqqında məlumat verib və onların suallarını cavablandırıb.

Sonra tələbələr elmi-tədqiqat təcrübəsi keçəcəkləri Neft və neft emalı məhsullarının analizi, Korroziya inhibitorları və konservasiya materialları, Maye fazada oksidləşmə və Sintetik yağlar laboratoriyaları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: