Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.03.2023 15:56
  • A-
  • A
  • A+

MEK-də 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

MEK-də 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

AMEA-nın Qadınlar təşkilatlarının sədrləri, şəhid ailə üzvlərinin iştirakı ilə baş tutan tədbiri giriş nitqi ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev bütün qadınları bayram münasibətilə təbrik edib, cansağlığı, fəaliyyətlərində uğurlar arzulayıb. Baş direktor qeyd edib ki, tarix boyu Azərbaycan qadını öz mübarizliyi ilə seçilərək ictimai-siyasi həyatda fəal iştirak edib.

“Azərbaycan qadını hər zaman müqəddəs ana adını uca tutub. Məhz belə anaların yetişdirdiyi igid övladlar sayəsində biz bu gün bayramlarımızı firavan şəkildə qeyd edirik. Onların zəhməti çox dəyərlidir, əvəzsizdir! Qadınlar cəmiyyət həyatında fəal təmsil olunurlar. Bunun ən bariz nümunəsi çoxşaxəli və səmərəli ictimai-siyasi fəaliyyəti ilə dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında müstəsna rolu olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Zərifə Əliyeva, İzzət Orucova, Ədilə Namazova, Nərgiz Paşayeva, Zemfira Səfərova, Nailə Vəlixanlı, Gövhər Baxşəliyeva, Nərgiz Axundova, İradə Hüseynova kimi akademik qadınlar ölkə və dünya elminə böyük töhfələr verməklə qadınlarımız üçün parlaq nümunə obarızıdırlar”, - deyə baş direktor vurğulayıb.

O, həmçinin tədbirin təşkilatçılığında əməyi keçən MEK Qadınlar Təşkilatının sədri Reyhan Cəfərovaya xüsusi təşəkkür edib.

Tədbirdə iştirak edən şəhid Nurlan Mustafayevin anası Rəhilə Ramazanova çıxışı zamanı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş igid oğul yetişdirdiyi üçün özünü xoşbəxt hiss etdiyini qeyd edib. Şəhid analarına göstərdiyi diqqətə görə MEK-in rəhbərliyinə, şəxsən baş direktora təşəkkürünü bildirib.

İnnovativ layihələr şöbəsinin əməkdaşı Pərvanə Qarayeva Tofiq Bayramın “Qadın ürəyi” şeirini səsləndirib.

MEK-in Mülki Müdafiə qərargahının rəisi Gülağa Cahangirov da öz növbəsində qadınları bu gün münasibətilə təbrik edib.

Daha sonra MEK-in fəaliyyətində göstərdiyi yüksək peşəkarlığa görə bir qrup qadın əməkdaş Təşəkkürnamə ilə təltif ediliblər, şəhid anasına və şəhid Hüseyn Tağıyevin həyat yoldaşına gül dəstələri təqdim olunub.

Tədbir boyunca “Tariximizdə və bu günümüzdə Azərbaycan qadını” adlı video nümayiş edilib, beynəlxalq musiqi müsabiqələrinin laureatı, opera və estrada ifaçısı Rauf Məmmədzadənin ifasında mahnılar səslənib, Azərbaycan Dövlət Akademik Musiqili teatrının tanınmış aktrisası Telli Hüseynovanın iştirakı ilə səhnəciyə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: