Ümummilli lider Heydər Əliyev anadan olmasının 101-ci il dönümünə həsr olunmuş ağacəkmə aksiyasında AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d.,dosent Sənan Həsənov iştirak edib.
Tədbirə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, YAP Yasamal Rayon Təşkilatı və Yasamal Rayon İcra Hakimiyyəti, Respublika Klinik Xəstəxanası və digər təşkilatların nümayəndələri qatılıb.
Aksiya zamanı sözügedən qurumların rəsmilərinin, əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 700-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.
Qeyd edək ki, tədbirdə Akademiyanın müxtəlif institutlarının ərazi partiya təşkilatlarının əməkdaşları iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.