Sentyabrın 11-də AMEA Geologiya və Geofizika İnstitutunda 15 sentyabr – “Bilik günü” münasibətilə tədbir keçirilib.
İnstitutun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə komitənin sədri, geologiya üzrə fəlsəfə doktoru Samir Məmmədov uşaqlarla görüşdə məqsədin elmə xidmət edən vətəndaşların ailələrinin sosial təminatının yaxşılaşdırılmasına töhfə vermək olduğunu söyləyib. Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq ölkəmizdə yeni dərs ili sentyabrın 15-də başlanır və bu tarix Bilik Günü kimi geniş şəkildə qeyd olunur.
Tədbirin bədii hissəsində 1-6-cı siniflər üzrə yeni dərs ilinə hazırlaşan uşaqlara peşəkar akytorlar tərəfindən əyələncəli proqramlar təqdim olunub, məntiqi müsabiqələr keçirilib. Uşaqlar isə maraqlı şeirlər deyib, rəqs edib və digər bacarıqlarını göstəriblər.
Sonra şagirdlərə məktəb ləvazimatları və vəsaitləri təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir