Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.03.2023 15:45
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AzTU-nun magistrantları təcrübə keçirlər

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AzTU-nun magistrantları təcrübə keçirlər

Azərbaycan Texniki Universitetinin (AzTU) “Ekologiya mühəndisliyi” ixtisaslaşması üzrə təhsil alan II kurs magistrantların  elmi-tədqiqat  təcrübəsi  davam edir.

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Ekoloji kataliz laboratoriyasında k.ü.f.d., Bilqeyis İsmayılova biokütlə əsaslı maddələrin dialkil karbonat və polikarbonatların alınmasında yeni katalitik sistemlərin hazırlanması üçün lazımi vəsaitləri tələbələrə əyani göstərib, eyni zamanda bu sahədəki ədəbiyyat materialları haqqında məlumatlar birlikdə müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: