Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.03.2023 12:29
  • A-
  • A
  • A+

Qərbi Azərbaycan medianın prioritet mövzusudur

Qərbi Azərbaycan medianın prioritet mövzusudur

“Xalq qəzeti” redaksiyasında Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun rəhbərliyi və elm ocağında yeni yaradılmış Qərbi Azərbaycan tarixi şöbəsinin əməkdaşları ilə keçirilən görüşdə bu qədim türk yurdunun binadan xalqımıza məxsus olduğunun sübuta yetirilməsi və dünya ictimaiyyətinə çatdırılması ilə bağlı önəmli elmi-informativ məsələlər diqqət mərkəzində oldu.

Tarixçi alimlərə “xoş gəldiniz” deyən Xalq qəzeti”nin baş redaktoru Əfla­tun Amaşov bildirdi ki, milli tariximizin dərindən və obyektiv öyrənilməsi ilə bağlı Tarix İnstitutunun aradığı ardıcıl və sistemli tədqiqatlar müstəqillik illə­rində yaradıcı kollektivin önəm verdiyi mövzulardan olub. Yaranmış səmərəli əməkdaşlıq bu gün Qərbi Azərbaycan tarixinin əhatəli və dərindən öyrənilmə­si istiqamətində də uğurla davam edir.

Qəzet rəhbəri daha sonra qeyd etdi ki, Qərbi Azərbaycan İcmasının doğ­ma yurda qayıdışına media dəstəyi qazandırmaqda redaksiya tarixçi alim­lərimizin səmərəli axtarışlarıdan və mötəbər mülahizələrindən çox fayda­lanır. Bu missiyanın gerçəkləşməsinə layiqli töhfəni artırmaq üçün qəzet ilə institutun imkanlarını yenidən nəzər­dən keçirməyə, əlbir səyləri artırmağa ehtiyac duyulur.

AMEA Tarix İnstitutunun baş direk­toru, professor Kərim Şükürov önəmli birgə fəaliyyətin yüksək səviyyədə da­vam etdirilməsi yollarının axtarışı ilə bağlı görüşün təşkilindən rəhbərlik et­diyi qurum kollektivinin məmnunluğu­nu söylədi. Alim bildirdi ki, Qərbi Azər­baycandan zorakı üsullarla qovulmuş soydaşlarımızın birləşdiyi Azərbay­can Qaçqınlar Cəmiyyətinin 35 ildən bəri doğma yurda qayıtmaq uğunda apardığı ictimai mübarizə Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliy­yətə başlamış Qərbi Azərbaycana qa­yıdış ümumxalq hərəkatına çevrilmək­lə tarixçi alimlərin də qarşısında yeni ciddi vəzifələr qoyub.

Baş direktor məlumat verdi ki, dövlət başçısının Qərbi Azərbaycana dinc və ləyaqətli şəkildə qayıdışının elmi-taririxi təminatının yaradılması çağırışından sonra AMEA-da yaradıl­mış 3 xüsusi bölmədən biri də Tarix İnstitutunun Qərbi Azərbaycan şöbə­sidir. Qısa müddətdə bu strukturum əməkdaşları Qərbi Azərbaycan tarixi­nin ayrı-ayrı dövrlər, önəmli mövzular üzrə öyrənilməsi ilə bağlı kompleks və mükəmməl araşdırmalar meydanı açıblar. Tədqiqat materiallarının geniş kütləyə çatdırılmasında “Xalq qəzeti”­nin təşəbbüskar fəaliyyəti təqdirəla­yiqdir. Kərim Şükürov sonda söylədi ki, biz elmi kollektiv olaraq birgə fəa­liyyəti daha məqsədyönlü və səmərəli qurmağa və ardıcıl davam etdirməyə hazırıq.

Qərbi Azərbaycan şöbəsinin müdi­ri, professor Cəbi Bəhramov 9 nəfərlik kollektivin qarşısında duran ilkin hə­dəfin zəngin elmi qaynaq toplmaqla Qərbi Azərbaycan tarixinin akademik nəşrini və bu ərazinin çoxsaylı ta­rixi-coğrafi xəritələrdən ibarət atlasını yaratmaq olduğunu bildirdi.

Sonra görüş dəyirmi masa şəklin­də şöbə əməkdaşlarının yığcam açıq­lamaları ilə davam etdi. Tarixçi alimlər Elmar Məhərrəmov, Bəxtiyar Həsə­nov, Elçin Qarayev, Ziyad Əmrahov, Bəxtiyar Həsənov, Yaşar Bəhramov, elmi işçi Tamara Rüstəmova və labo­rant Nailə Məmmədova Qərbi Azər­baycanın qədim tarixinə dair arxeolo­yi-antropoloji materiallardan tutmuş, Qərbi Azərbaycanın tarixinin və siyasi coğrafiyasının ən önəmli məsələrinə­dək müxtəlif mövzularda yeni bilgiləri diqqətə çatdırdılar.

Dəyirmi masanın materiallarını – söylənən elmi açıqlamaları, bildirilən dəyərli mülahizələri, qaldırılan aktual məsələləri qəzetimizin növbəti sayla­rında oxucularımıza çatdıracağıq.

“Xalq qəzeti”

  • Paylaş: