Siyasi tarixşünaslığımızda aktual müzakirəyə çevrilən erməni məkrli niyyətlərinin və insanlıq əleyhinə yönəlmiş cinayətlərinin əsl tarixi köklərini üzə çıxarmaq istiqamətində tədqiqatçılar mühüm addımlar atmaqdadırlar. Bu faktların araşdırılması nə qədər çətin olsa da tarixi zərurətə çevrilmişdir. Danılmaz faktdır ki, ermənilər özlərini məzlum xalq kimi qələmə verib Türkiyə və Azərbaycan ərazisində xalqlarımızın etibarından sui istifadə etməklə vətən axtarışı arzusunu qədim Azərbaycan torpağı olan indiki Ermənistan adlanan ərazidə öz çirkin siyasi niyyətləri kimi gerçəkləşdirə bildilər. Uzun illər ermənilərin bu əməlləri havadarlarının köməyi ilə ört basdır edilsə belə insanlıq tarixinə erməni ləkəsi kimi düşməsi inkarolunmazdır. Bununla da Azərbaycan torpaqlarında məskən salan ermənilər ilk vaxtdan Qafqazda xalqlar arasında nifaq hisslərinin, seperatizmin, dünyada analoqu olmayan əməllərin əsasını qoymaqla, deportasiya, genosid siyasəti, vandalizm kimi bəşəriyyətin taleyinə ləkə olan ermənilik həm də ədəbi-mədəni abidələrimizi, minilliklərlə xalqımızın zəkasının yaradıcı məhsulu olan mənəvi mədəniyyətimizi məhv etmək yolu tutmuşlar: Bu kontekstdə xalqımızın minilliklər boyu adət-ənənələri, zəngin folklor nümunələrinin bəşəriyyətə verdiyi töhfələrin erməni vandalizminə məruz qalması isə bəşəri cinayətdir. Bəşər xəzinəsində Azərbaycan mədəniyyətinin özünəməxsus yeri danılmazdır. Deməli erməni vandalizmi həm də bəşəriyyətin və insanlığın məhvinə yönəlmişdir.
Biz müasir elmin metodologiyası baxımından bu səpgili hadisələrə dünyəvi prizmadan yanaşmağın zərurlilyini önə çəkirik. Bu gün bəşəriyyətin gələcək taleyi üçün məxəzlərdən məntiqli nəticələr çıxarmağın zamanının çoxdan çatdığı da bizi dərindən düşündürməlidir. Bunlardan ən vacibi odur ki, hazırda bir çox erməni mənbələri bu proseslərin əsl mahiyyətini ermənilərin öz dili ilə şərh etməyə imkan verir. Erməni müəlliflərinin əsərlərinə müraciət etməklə onların tarixi saxtalaşdırmaq cəhdlərini və sivil mədəniyyətlərə vurduqları zərbəni qiymətləndirmək üçün Azərbaycan dövləti həqiqətləri açmaqla bu hadisələrə biganə qalan lakin ondan əziyyət çəkən dünya dövlətləri və xalqları üçün geniş imkanlar yaratmışdır. Bu bir həqiqətdir ki, indi saxta miflər yaratmağa çalışan ermənilər sübutlar qarşısında acizdirlər. Biz diqqəti həm də o hala yönəltməliyik ki, azərbaycan xalqının soyqırımına, parçalanmaya məruz qalması həmişə mərkəzi hakimiyyətin zəifləməsi zamanı baş vermiş bu zaman məkrli qüvvələrin seperatcı niyyətləri üzə çıxmışdır. Son iki yüz ildən artıq bir müddətdə belə məqamlardan istifadə etməyə çalışan qüvvələrin əsl simasını göstərən tarix göz qabağındadır. Nadir şahın ölümundən sonra siyasi pərakəndəliyin dərinləşməsi Rusiya ilə İran arasında Azərbaycanı bölüşdürmə siyasətinin acı nəticələrini yaşatmaqla, Azərbaycan xalqının müstəqilliyinə qarşı xəyanətkar qüvvələr üçün yol açmış oldu. Ermənilər vətən axtarışında nəhayət ki, himayədarlar taparaq bu bölgəyə daxil ola bildilər. İmperialist qüvvələr isə öz niyyətlərini həyata keçirmək üçün ermənilərdən istifadə etdilər.
Çünki, XVIII əsrin sonlarınadək “sadiq təbəə” adlandırılan erməni tayfa birlikləri İran və Şərqi Anadolu yayalalarında pərakəndə məskunlaşmaqla milli zəmində heç bir qarşıdurma yaratmaq iqtidarında olmamışdır. Onların avanturist faşist niyyətləri XIX əsrin əvəllərindən yad sterotiplərin təsiri ilə meydana çıxmış və elə Türkiyə ərazisində milli zəmində genişmiqyaslı təxribatlar həyata keçirməyə başlamışlar .
XX əsrin əvvəllərində ermənilik avantürası artıq böyük siyasi oyunların qurbanına və türkfobiya xülaylarının əsirinə çevrildi. Türkiyə ərazisində milli qırğınlar törətməklə özlərini məzlum əzilmiş xalq kimi qələmə verməyə başladılar və saxta “erməni soyqırımı” anlayışını tarixə daxil etməyə cəhdlər başladı. Həmin zamanlarda Türkiyə ərazisində minlərlə türkün qanına bais olmuş ermənilər (indiki Ermənistan ərazilərinə) Azərbaycan ərazilərinə köç edərək qisascılq məqsədi ilə soyqırım cinayətlərinə əl atmış və bilavasitə Azərbaycan xalqına qarşı genosid siyasətini və müstəqilliyinə qarşı xəyanət yolunu tutmuşlar. Mart soyqırımının siyasi mahiyyəti məhz bu çirkin niyyətlərin təzahürü idi. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirir, diri-diri yandırdılar. Bu qırğın bəşəriyyətin ən qatı cinayətləri kimi növbəti dəfə öz siyasi qiymətini almamış Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmamışdır. 1992-ci il 26 fevral tarixində törədilmiş Xocalı soyqırımı isə erməni faşizminin eyni ssenari əsasında ənənəvi siyasətinin davamı idi. Tarix sübut etdi ki, düşmən qüvvələrin əhatəsində olan Azərbaycanı öz müstəqillik ideyalarından döndərmək mümkün deyildir, xalqın əzm və iradəsi sarsılmazdır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər üzə çıxarıldı. İlk belə addım Ulu Öndər Heydər Əliyevin Azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli Fərmanı ilə atıldı. Soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara və həqiqətlərin üzə çıxarılmasına imkan yaratdı. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı “31 mart Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Çünki Fərmanda deyildiyi kimi "1918-ci ilin mart günləri bolşeviklərin siyasətinin labüd nəticəsi olan soyqırımı Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi”. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncamdan sonra isə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunmağa bu istiqamətdə mütəşəkkil fəaliyyətə böyük stimul vermişdir. Beləliklə, xalqımızın bir daha belə faciələrlə qarşılaşmaması üçün bir yumruq kimi birləşməyimiz, tarixin dərslərindən düzgün nəticələr çıxararaq ümummilli iradəmizi ortaya qoymağımız tarixi yaddaş və gələcəyimizin əsas şərtdir. Bizim tarixi keçmişin dərslərindən gələcəyə gedən yol üçün nəticələr çıxarmaq kimi tarixi məsuliyyətimiz vardır. Dövlətçiliyimizin Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev mərhələsi bu təhlilləri qələbənin fəlsəfəsində və siyasi mahiyyətində ən mükəmməl nümunə olaraq biz alimlərə qiymətli vasitə və mənbəyə çevirib.
Sənan Həsənov, YAP Yasamal rayon Təşkilatı AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitututu üzrə ərazi partiya təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.