Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

31 Mart soyqırımından 105 il ötür
31.03.2023 13:15
  • A-
  • A
  • A+

31 Mart soyqırımından 105 il ötür

“Bö­yük Er­mə­nis­tan” xül­ya­sı ilə ya­şa­yan, uy­dur­duq­la­rı bu mi­fə ina­na­raq, onun gerçəkləş­mə­si üçün hər cür va­si­tə­yə əl at­maq­dan çə­kin­mə­yən er­mə­ni şo­vi­nist­lə­ri öz ha­va­dar­la­rı­nın da bö­yük qay­ğı və dəs­tə­yi ilə xal­qı­mı­za qar­şı da­im ter­ror, küt­lə­vi qırğın, de­porta­si­ya və et­nik tə­miz­lə­mə ki­mi çir­kin si­ya­sət hə­ya­ta ke­çir­miş­lər.

31 Mart Soy­qı­rı­mı məhz bu çir­kin si­ya­sə­tin da­va­mı, xal­qı­mı­za qar­şı tö­rə­di­lən növ­bə­ti qəd­dar­lı­ğın ba­riz nü­mu­nə­si­dir. Bə­şər ta­ri­xi­nin ən qan­lı sə­hi­fə­lə­rin­dən bi­ri olan Mart Soy­qı­rı­mı tək­cə pay­taxt Ba­kı­da de­yil, Şa­ma­xı­da, Qu­ba­da, Xaç­maz­da, Lən­kə­ran­da, Qa­ra­bağ­da, Nax­çı­van­da və di­gər bu ki­mi böl­gə­lə­ri­miz­də də tö­rə­dil­miş­dir. Qo­ca, qa­dın, uşaq de­mə­dən on min­lər­lə gü­nah­sız soy­da­şı­mı­zın küt­lə­vi qət­li xal­qı­mı­zın qan yad­da­şın­da si­lin­məz iz­lər bu­rax­mış­dır.

Ta­ri­xi fakt­la­ra əsa­sən, 1918-ci ilin mart-ap­rel ay­la­rın­da Ste­pan Şa­um­ya­nın rəh­bər­lik et­di­yi Ba­kı So­ve­ti­nin man­da­tı al­tın­da fəa­liy­yət gös­tə­rən er­mə­ni daş­nak-rus bol­şe­vik si­lah­lı dəs­tə­lə­ri tə­rə­fin­dən Azər­bay­can xal­qı xü­su­si qəd­dar­lı­ğı ilə se­çi­lən küt­lə­vi qırğın­la­ra mə­ruz qal­dı.

Si­lah­lı qul­dur dəs­tə­lə­ri ön­cə­dən plan­laş­dı­rıl­mış şə­kil­də ilk ad­dım ola­raq, azər­bay­can­lı­la­ra məx­sus mülk­lə­rə, ma­ğa­za­la­ra hü­cum­lar təş­kil edir, soy­ğun­çu­luq­la məş­ğul olur, əha­li­nin hey­siy­ya­tı­na to­xu­na­caq, on­lar­da haq­lı na­ra­zı­lıq və qə­zəb do­ğu­ra­caq bir sı­ra çir­kin əməl­lər tö­rə­dir­di­lər. Əsas məq­səd isə ta­lan­çı­lıq və soy­ğun­çu­luq edən qul­dur dəs­tə­lə­ri­nin cə­za­sız­lı­ğı­nı gö­rən yer­li əha­li­ni eti­raz­la­ra, özü­nü­mü­da­fiə­yə məc­bur et­mək və be­lə­lik­lə, ya­xın gə­lə­cək­də baş ve­rə­cək qət­li­am­la­ra “Və­tən­daş mü­ha­ri­bə­si” si­ya­si do­nu ge­yin­dir­mək idi. Be­lə­lik­lə, is­tək­lə­ri­nə na­il ola­caq­la­rı təq­dir­də, Azər­bay­can­da sovet ha­ki­miy­yə­ti­nin qu­rul­ma­sı bə­ha­nə­si ilə əl­də edə­cək­lə­ri bö­yük dəs­tək sa­yə­sin­də ilk növ­bə­də Ba­kı­da, son­ra­kı mər­hə­lə­də isə re­gi­on­lar­da yer­li əha­li­yə qar­şı küt­lə­vi qırğın­lar tö­rət­mək­lə qərb­dən Ara­lıq də­ni­zi, şərq­də isə Xə­zər də­ni­zi­nə qə­dər uza­nan “Bö­yük Er­mə­nis­tan” döv­lə­ti­ni qur­maq idi. Be­lə ki, hə­lə küt­lə­vi qət­li­am­lar­dan ön­cə Ste­pan Şa­um­yan 1918-ci il mar­tın 15-də çı­хış edər­kən de­miş­dir: “Ba­kı So­ve­ti Zaqafqa­zi­ya və­tən­daş mü­ha­ri­bə­si­nin mər­kə­zi­nə və is­teh­ka­mı­na çev­ril­mə­li­dir. …Bi­zim si­ya­sə­ti­miz – və­tən­daş mü­ha­ri­bə­si­dir. Kim bu si­ya­sə­tin əley­hi­nə ge­dir, hə­min adam­lar düş­mən­lə­ri­miz­dir”.

Mar­tın 31-də sə­hə­rə ya­xın bü­tün er­mə­ni hər­bi dəs­tə­lə­ri­nin baş­çı­la­rı qət­li­am­dan ön­cə ya­rat­dıq­la­rı daş­nak-bol­şe­vik hər­bi-si­ya­si or­qa­nı olan İn­qi­la­bi Mü­da­fiə Ko­mi­tə­si­nin qə­rar­ga­hı­na yı­ğı­la­raq, tə­li­mat­lan­dır­ıldıq­dan son­ra mü­səl­man mə­həl­lə­lə­ri­nə gön­də­ri­lir­di­lər. Be­lə­lik­lə, pla­na uy­ğun ola­raq, yük­sək ha­zır­lıq­lı si­lah­lı er­mə­ni ya­raq­lı­la­rı mə­həl­lə­lə­rə qə­fil bas­qın­lar et­mək­lə in­san­la­rın ev­lə­ri­nə so­xu­lur, sa­kin­lə­ri xən­cər və sün­gü ilə doğ­ra­yır, ev­lə­ri ta­lan edə­rək yan­dı­rır, uşaq­la­rı yan­dır­dıq­la­rı ev­lə­rin içi­nə atır, sü­də­mər ça­ğa­la­rı isə sün­gü­lə­rə ke­çi­rir­di­lər. Hər cür in­san­lıq­dan kə­nar vəh­şi­li­yə əl atan er­mə­ni daş­nak-rus bol­şe­vik cəl­lad­la­rı mü­səl­man qa­dın­la­ra qar­şı da xü­su­si aman­sız­lıq­la dav­ra­nır­dı­lar. Be­lə ki, qət­li­am­dan son­ra ar­şa­dır­ma­lar nə­ti­cə­sin­də şə­hə­rin tək­cə bir ye­rin­də tor­pa­ğın al­tın­dan qu­laq­la­rı, bu­run­la­rı kə­sil­miş, qa­rın­la­rı yır­tıl­mış 57 qa­dı­nın cə­sə­di ta­pıl­mış­dı. Çox­lu gənc qa­dın­lar isə di­ri-di­ri di­va­ra mıx­lan­mış­dı­lar.

Rəs­mi mən­bə­lə­rə əsa­sən, 1918-ci ilin 30 mart - 3 ap­rel ta­rix­lə­ri ər­zin­də da­vam edən qır­ğın­lar za­ma­nı on min­lər­lə soy­da­şı­mız məhz et­nik və di­ni mən­su­biy­yə­ti­nə gö­rə qət­lə ye­ti­ril­miş­di. Də­niz­dən və qu­ru­dan atı­lan top atəş­lə­ri nə­ti­cə­sin­də xal­qı­mı­zın mil­li-mədə­ni ir­si­nə məx­sus ta­ri­xi abi­də­lər, di­ni inanc yer­lə­ri da­ğı­dıl­mış və ya cid­di zi­yan gör­müş­dü. İc­ti­mai və şəx­si bi­na­lar ta­lan edil­miş, od vu­ru­la­raq yan­dı­rıl­mış­dı.

 Er­mə­ni van­dal­lı­ğı­nın qur­ba­nı­na çev­ril­miş ob­yekt­lə­rə Mü­səl­man Xey­riy­yə Cəmiyyətinin “İs­ma­il­liy­yə” bi­na­sı­nı, “Açıq söz” və “Kas­pi” qə­ze­ti­nin re­dak­si­ya binala­rı­nı, “İs­gən­də­riy­yə” və “İs­la­miy­yə” meh­man­xa­na­la­rı­nı, Şah, Key­qu­bad və Təzəpir məs­cid­lə­ri­ni mi­sal gös­tər­mək olar.

 Dinc əha­li­nin qır­ğı­nı­na rəh­bər­lik edən Ste­pan Şa­um­yan 1918-ci il ap­re­lin 13-də RSFSR Хalq Ko­mis­sar­la­rı So­ve­ti­nə gön­dər­di­yi mək­tu­bun­da qeyd edir­di: "Mar­tın 30-31-də və ap­re­lin 1-də Ba­kı şə­hə­rin­də baş ver­miş vu­ruş­ma­da bi­zim tə­rəf­dən So­vet qırmı­zı qvar­di­ya­sı, təş­kil et­di­yi­miz bey­nəl­mi­ləl qır­mı­zı or­du, qır­mı­zı do­nan­ma və ermə­ni mil­li his­sə­lə­ri vu­ru­şur­du­lar.”

 Da­ha son­ra o, ya­zır­dı: “Həm yer­li So­ve­tin, həm də bu­ra­ya gəl­miş Qaf­qaz ordusunun qüv­və­lə­ri­ni hər­bi-in­qi­labi ko­mi­tə­nin səy­lə­ri­ni bir­ləş­di­rə­rək, 6000 nə­fər yaх­şı si­lah­lı qüv­və təş­kil edə bil­dik. “Daş­nak­süt­yun”un da 3-4 min nə­fər­lik mil­li hissə­lə­ri var idi, on­lar da bi­zim iх­ti­ya­rı­mız­da idi. Mil­li his­sə­lə­rin iş­ti­ra­kı və­tən­daş müha­ri­bə­si­nə qis­mən mil­li qır­ğın хa­rak­te­ri ver­miş­di, la­kin bu­na yol ver­mə­mək mümkün de­yil­di. Biz bi­lə­rək­dən bu­na yol ve­rir­dik. Mü­səl­man yoх­sul­la­rı bö­yük zə­rər gör­müş­lər”.

O za­man ya­ra­dı­lan Föv­qə­la­də İs­tin­taq Ko­mis­si­ya­sı­nın sə­nəd­lə­ri­nə əsa­sən, ha­di­sə şahid­lə­ri­nin ifa­də­lə­ri­nə gö­rə, üç gün da­vam edən küt­lə­vi qır­ğın nə­ti­cə­sin­də tək­cə Ba­kı şə­hə­rin­də er­mə­ni si­lah­lı­la­rı tə­rə­fin­dən təx­mi­ni he­sab­la­ma­la­ra gö­rə 15-20 min ara­sı dinc sa­kin vəh­şi­cə­si­nə qət­lə ye­ti­ril­miş­di. Ta­ri­xi sta­tis­tik gös­tə­ri­ci­lə­rə əsa­sən, Bi­rin­ci Dün­ya Mü­ha­ri­bə­sin­dən (1914–1918) əv­vəl təq­ri­bi he­sab­la­ma­la­ra gö­rə, Ba­kı şə­hə­ri əha­li­si­nin ümu­mi sa­yı­nın 200 000 nə­fər ol­du­ğu­nu nə­zə­rə al­saq, Mart Soy­qı­rı­mı zamanı şə­hər əha­li­si­nin təq­ri­bən on­da bi­ri­nin qət­lə ye­ti­ril­di­yi­ni qeyd edə bi­lə­rik.

Ba­kı qır­ğı­nın­dan son­ra er­mə­ni qul­dur­la­rı bu çir­kin əməl­lə­ri­ni böl­gə­lər­də də hə­ya­ta keçir­mə­yə baş­la­dı­lar. Bu ba­rə­də gör­kəm­li ic­ti­mai-si­ya­si xa­dim, o za­man­lar Ba­kı Sove­tin­də şə­hər tə­sər­rü­fa­tı üz­rə xalq ko­mis­sa­rı və­zi­fə­sin­də ça­lı­şan Nə­ri­man Nərimanov ya­zır­dı: "La­kin be­lə bir dəh­şət­li ha­di­sə­dən son­ra, onun qə­za­lar üz­rə həyata ke­çi­ril­mə­si­ni da­vam et­dir­mək nə­yə la­zım idi. Baх, sua­la 1918-ci il­də Ba­kı­da­kı So­vet ha­ki­miy­yə­ti ca­vab ver­mə­li­dir.”

Föv­qə­la­də İs­tin­taq Ko­mis­si­ya­sı­nın ma­te­ri­al­la­rı­na əsa­sən, azər­bay­can­lı­la­ra qar­şı soy­qı­rı­mı ci­na­yə­ti tö­rə­dən 2 000 nə­fər­dən iba­rət yaх­şı si­lah­lan­dı­rıl­mış er­mə­ni qul­dur or­du­su Şa­ma­хı­da so­vet ha­ki­miy­yə­ti qur­maq adı al­tın­da, 58 kənd­də 1 653-ü qa­dın və 965-i uşaq ol­maq­la, ümu­mi­lik­də 7 000-dən çox dinc sa­ki­ni qət­lə ye­tir­miş, Şa­ma­xı şə­hə­ri­ni isə yan­dı­ra­raq yer­lə­yek­san et­miş­di.

1918-ci il may ayı­nın 1-də isə Qu­ba­da so­vet ha­ki­miy­yə­ti­nin qu­rul­ma­sı adı al­tın­da daşnak Ha­ma­zas­pın ko­man­dan­lı­ğı ilə 3 000 nə­fər­lik er­mə­ni qul­dur or­du­su üç istiqamət­dən şə­hə­rə hü­cu­ma keç­miş­di. Top­lar­dan, pu­lem­yot­lar­dan və tü­fəng­lər­dən atəş aça­raq Qu­ba əha­li­si­ni, o cüm­lə­dən bu­ra­da əsr­lər­dir ya­na­şı, meh­ri­ban ya­şa­yan etnik qrup­la­rın nü­ma­yən­də­lə­ri­ni də vəh­şi­cə­si­nə qət­lə ye­tir­miş­di­lər.

Daş­nak Ha­ma­zasp şəx­sən özü qu­ba­lı­la­rı Cü­mə məs­ci­di­nin qar­şı­sın­da­kı mey­da­na topla­ya­raq on­la­ra təx­mi­nən aşa­ğı­da­kı məz­mun­da nitq­lə mü­ra­ci­ət et­miş­dir: “Mən əs­lən Ər­zu­rum­da­nam. Uzun müd­dət türk­lər­lə vu­ruş­mu­şam. Mən er­mə­ni xal­qı­nın qəhrəmanı­yam və onun mə­na­fe­lə­ri­nin mü­da­fiə­çi­si­yəm… Mən bu­ra­ya qay­da-qa­nun yarat­ma­ğa və so­vet ha­ki­miy­yə­ti qur­ma­ğa yox, siz­dən qi­sas al­ma­ğa gön­də­ril­mi­şəm”.

Be­lə­lik­lə, hə­min dövr­də er­mə­ni daş­nak-rus bol­şe­vik qul­dur­la­rı tə­rə­fin­dən Qu­ba qəzasın­da 167 kənd ta­lan edi­lə­rək yan­dı­rıl­mış, 16 000 nə­fə­rə ya­xın sa­kin isə xü­su­si qəd­dar­lıq­la, küt­lə­vi şə­kil­də qət­lə ye­ti­ril­miş­dir.

Həm­çi­nin er­mə­ni daş­nak-rus bol­şe­vik si­lah­lı dəs­tə­lə­ri tə­rə­fin­dən Ca­van­şir qə­za­sı­nın 28 kən­di, Cəb­ra­yıl qə­za­sı­nın 17 kən­di əha­li­si ilə bir­gə ta­ma­mi­lə məhv edi­lə­rək, yer üzün­dən si­lin­miş­dir. Güm­rü ya­xın­lı­ğın­da əsa­sən qa­dın­lar­dan, uşaq­lar­dan və qocalardan iba­rət 3000 nə­fər­lik azər­bay­can­lı kö­çü pus­qu­ya sa­lı­na­raq, son nə­fə­rə­dək qət­lə ye­ti­ril­miş­di. Er­mə­ni si­lah­lı dəs­tə­lə­ri Nax­çı­van qə­za­sın­da bir ne­çə kən­di, Zəngəzur qə­za­sın­da isə 115 kən­di yan­dı­ra­raq, 3257 ki­şi, 2276 qa­dın və 2196 uşaq olmaq­la əli­ya­lın, gü­nah­sız dinc əha­li­ni qət­lə ye­tir­miş­di­lər. Ümu­mi­lik­də isə Zən­gə­zur qə­za­sı üz­rə 10 068 azər­bay­can­lı öl­dü­rül­müş və ya ömür­lük şi­kəst edil­miş, 50 000-dən çox azər­bay­can­lı isə öz ata-ba­ba yurd-yu­va­la­rın­dan di­dər­gin sa­lın­mış­dı.

Er­mə­ni daş­nak-rus bol­şe­vik si­lah­lı dəs­tə­lə­ri da­ha son­ra Qa­ra­ba­ğa yü­rüş et­miş, Qarabağın dağ­lıq his­sə­sin­də yer­lə­şən 150 kən­di yağ­ma­la­ya­raq da­ğıt­mış, əli­ya­lın, dinc sa­kin­lə­ri­ni isə qət­lə ye­tir­miş­di­lər.

Mart Soy­qı­rı­mın­dan bir il son­ra ta­ri­xi ha­di­sə­lə­ri giz­lət­mək­də və ya sax­ta­laş­dır­maq­da hər za­man “ma­hir” olan er­mə­ni­lər baş ver­miş bu qan­lı ha­di­sə­lə­ri bol­şe­vik­lər­lə mü­səl­man­lar ara­sın­da cə­rə­yan edən ha­ki­miy­yət mü­ba­ri­zə­si ki­mi dün­ya­ya təq­dim et­mə­yə ça­lı­şır­dı­lar. Be­lə ki, 1919-cu ilin ya­yın­da ABŞ tə­rə­fin­dən Ba­kı­ya gön­də­ri­lən ge­ne­ral Har­bor­da təq­dim edi­lən sə­nəd­də er­mə­ni ye­pis­ko­pu Baq­rat er­mə­ni­lə­rin mart ha­di­sə­lə­rin­də iş­ti­ra­kı­nı hə­ya­sız­ca­sı­na in­kar edir, hə­min ha­di­sə­lər za­ma­nı gu­ya öl­dü­rü­lən cə­mi 1 000 nə­fər­dən 300-nün er­mə­ni və rus, 700-nün isə mü­səl­man ol­du­ğu­nu id­dia edir­di.

Ta­ri­xi təh­rif et­mək müm­kün­dür, la­kin ta­ri­xi hə­qi­qət­lə­ri, ya­şan­mış ger­çək­lik­lə­ri giz­lət­mək, on­la­rı sil­mək əs­la. Be­lə ki, hə­lə 1918-ci il­dən ön­cə 1905–1906-cı il­lər­də Nax­çı­van, Qa­ra­bağ, Şir­van, Bor­ça­lı, İrə­van və di­gər əra­zi­lər­də də xal­qı­mı­za qar­şı qanlı qır­ğın­lar, de­por­ta­si­ya­lar tö­rə­dil­miş­di. Be­lə ki, hə­min vaxt­lar tək­cə İrə­van quberni­ya­sı­nın 199 kən­din­də ya­şa­yan 135 000 azər­bay­can­lı qət­lə ye­ti­ril­miş, ev­lə­ri yağ­ma­la­na­raq yan­dı­rıl­mış­dı. Azər­bay­ca­nın ta­nın­mış ya­zı­çı­sı, ədə­biy­ya­tı­mız­da ta­ri­xi ro­man jan­rı­nın ba­ni­si Məm­məd Sə­id Or­du­ba­di 1905-ci il­də in­di­ki Er­mə­nis­tan ərazisin­də er­mə­ni­lə­rin tö­rət­di­yi qan­lı qır­ğın­la­rı, soy­qı­rım­la­rı qə­lə­mə alar­kən ya­zır­dı: “İrə­van ma­ha­lı bir ya­nar da­ğa, vul­ka­na dö­nüb nə­cib is­lam mil­lə­ti­ni yan­dır­maq­da, boğ­maq­da idi”.

Tə­əs­süf­lər ol­sun ki, so­vet ha­ki­miy­yə­ti döv­rün­də də xal­qı­mı­za qar­şı et­nik tə­miz­lə­mə si­ya­sə­ti da­vam et­di­ril­miş­dir. Be­lə ki, 1947–1953-cü il­lər­də yüz­min­lər­lə so­ya­dı­şı­mız öz ta­ri­xi yurd-yu­va­la­rın­dan – Qər­bi Azər­bay­can­dan zor­la di­dər­gin sa­lın­mış­lar. Ta­ri­xi tor­par­la­rı­mız­dan olan Zən­gə­zur ma­ha­lı isə 1923-cü il­də Azər­bay­can­dan qo­par­dı­la­raq, Er­mə­nis­ta­na bir­ləş­di­ril­miş­dir.

Ta­ri­xin son­ra­kı mər­hə­lə­lə­rin­də isə xal­qı­mı­zın qan yad­da­şı­nı sil­mək, acı keç­mi­şi­ni unut­dur­maq və für­sət ya­ran­dı­ğı təq­dir­də öz çir­kin plan­la­rı­nı ye­ni­dən ger­çək­ləş­dir­mək niy­yə­ti­lə “Bö­yük So­vet ailə­si”, “Meh­ri­ban qar­daş xalq­lar” ki­mi si­ya­si oyun­lar oynalın­dı, məkr­li plan­lar ci­zil­di.

Nə­ha­yət 1988-ci il­dən baş­la­ya­raq ye­ni əra­zi id­dia­la­rı ilə Qa­ra­bağ­da vax­ti­lə köçürülmüş er­mə­ni­lər tə­rə­fin­dən se­pa­ra­tizm meyl­lə­ri ye­ni­dən alov­lan­ma­ğa baş­la­dı. Yır­tı­cı düş­mə­nin il­lər­dir ge­yin­miş ol­du­ğu “meh­ri­ban qon­şuş­luq, qar­daş­lıq” mas­ka­sı yır­tıl­dı. Öl­kə­də tüğ­yan edən si­ya­si gər­gin­lik və hər­ci­mərc­lik­dən mə­ha­rət­lə ya­rar­la­nan məkr­li düş­mən tor­paq­la­rı­mı­zı ard-ar­da iş­ğal et­mə­yə baş­la­dı.

1990-cı ilin yan­va­rın 19-dan 20-nə ke­çən ge­cə so­vet or­du­su tə­rə­fin­dən is­tiq­la­liy­yə­ti uğ­run­da çar­pı­şan, mü­ba­ri­zə­yə qal­xan əli­ya­lın, dinc əha­li­yə qar­şı bə­şə­ri ci­na­yət törədildi. Aman­sız­ca­sı­na tö­rə­di­lən bu qət­li­am xal­qı­mı­zın qan yad­da­şı­nı da ye­ni­lə­di. İllər­dir qay­saq bağ­la­mış, sa­ğal­maz ya­ra­lar bir da­ha sız­la­ma­ğa baş­la­dı. Ta­rix san­ki yeni­dən tək­rar­lan­dı, Mart Soy­qı­rı­mı ye­ni­dən tə­zə­lən­di. Be­lə ki, ha­di­sə­lər tək­cə paytaxt Ba­kı ilə ye­kun­laş­mır­dı. Qır­ğın­lar Sum­qa­yıt, Neft­ça­la, Lən­kə­ran və di­gər bölgə­lər­də də hə­ya­ta ke­çi­ri­lir­di. Ta­ri­xə Qan­lı Yan­var ki­mi dü­şən hə­min ha­di­sə­lər zama­nı Ba­kı­da və böl­gə­lər­də ümu­mi­lik­də 131 nə­fər qət­lə ye­ti­ril­miş, 744 nə­fər yaralan­mış, 841 nə­fər qa­nun­suz həbs olun­muş­dur. Hər­bi­çi­lər tə­rə­fin­dən 200 ev və mən­zil, 80 av­to­ma­şın, o cüm­lə­dən tə­ci­li tib­bi yar­dım ma­şın­la­rı, döv­lət əm­lak­la­rı və şəx­si əm­lak­lar məhv edil­miş­dir. Qət­lə ye­ti­ri­lən­lər ara­sın­da qa­dın­lar, uşaq­lar və qocalar, həm­çi­nin tə­ci­li yar­dım iş­çi­lə­ri və mi­lis­lər (po­lis) də ol­muş­dur.

1992-ci il fevralın 25-dən 26-sı­na ge­cə isə Xo­ca­lı şə­hə­ri­nin sa­kin­lə­ri­nə qar­şı ta­rix­də mis­li gö­rün­mə­miş küt­lə­vi ­qır­ğın – Xo­ca­lı Soy­qı­rı­mı tö­rə­dil­di. Yüz­lər­lə gü­nah­sız soyda­şı­mız qa­nı­na qəl­tan edil­di, me­yit­lə­ri qa­na­su­sa­mış er­mə­ni cəl­lad­la­rı tə­rə­fin­dən müx­tə­lif təh­qir­lə­rə mə­ruz qal­dı. Küt­lə­vi qır­ğın za­ma­nı ara­la­rın­da 63 nə­fər uşaq, 106 nə­fər qa­dın, 70 nə­fər ahıl, qo­ca ol­maq­la, ümu­mi­lik­də 613 nə­fər və­tən­da­şı­mız qət­lə yeti­ril­di, 487 nə­fər isə al­dı­ğı gül­lə ya­ra­la­rın­dan əlil ol­du. Fa­ciə za­ma­nı Xo­ca­lı­nın 1275 dinc sa­ki­ni gi­rov gö­tü­rül­dü ki, on­lar­dan 197 nə­fə­ri­nin son­ra­kı ta­le­yi bu gü­nə­dək hə­lə də mə­lum de­yil­dir.

Xal­qı­mı­zın ba­şı­na gə­ti­ril­miş bu ki­mi ci­na­yət­lər, məkr­li oyun­lar bəl­kə də unutqanlığımız­dan, keç­mi­şi­mi­zi düz­gün şə­kil­də ar­şa­dı­rıb, təb­liğ edə bil­mməyimizdən irə­li gə­lir­di. Be­lə ki, hə­lə 1919-cu il­də Mart Soy­qı­rı­mı­nın il­dö­nü­mü ilə əla­qə­dar bö­yük Azər­bay­can bəs­tə­ka­rı, Azər­bay­can pro­fes­sio­nal mu­si­qi­si­nin ba­ni­si Üze­yir bəy Hacıbəy­li özü­nün “31 mart” ad­lı mə­qa­lə­sin­də ya­zır­dı: “Bu­gün­kü və­zi­fə­miz o qa­ra gün­lə­ri yad­dan çı­xar­ma­maq və bu­na gö­rə də hə­mi­şə və hər an hər şe­yə ha­zır olmalıyıq. Bor­cu­muz bu və­tə­ni gə­lə­cək­də hər cür tə­ca­vüz­dən qo­ru­maq və məmləkətimi­zi şə­rəf­lə ya­şat­ma­ğa ça­lış­maq­dır”.

Bey­nəl­xalq hü­qu­qa gö­rə, soy­qı­rı­m sülh və in­san­lıq əley­hi­nə yö­nə­lən əməl­dir və ən ağır ci­na­yət he­sab olu­nur. Bu ba­rə­də Bir­ləş­miş Mil­lə­tər Təş­ki­la­tı­nın (BMT) Baş Məcli­si­nin 1948-ci il de­kab­rın 9-da 260 (III) say­lı qət­na­mə­si qə­bul edil­miş və 1951-ci il yan­va­rın 12-dən qüv­və­yə min­miş “Soy­qı­rı­m ci­na­yə­ti­nin qar­şı­sı­nın alın­ma­sı və cəzalan­dı­rıl­ma­sı” Kon­ven­si­ya­sın­da soy­qı­rı­m ci­na­yə­ti­nin hü­qu­qi əsa­sı təs­bit olunmuşdur. Bu mə­na­da mə­lum Kon­ven­si­ya­da təs­bit edil­miş soy­qı­rı­m ci­na­yə­ti­ni əks et­di­rən bü­tün əməl­lər is­tər 31 mart 1918-ci il ta­rix­də tö­rə­dil­miş Mart Soy­qı­rı­mı, istərsə də 1992-ci il 26 fev­ral­da tö­rə­dil­miş Xo­ca­lı Soy­qı­rı­mı za­ma­nı er­mə­ni­lər tərəfindən azər­bay­can­lı­la­ra qar­şı tət­biq olun­muş­dur.

Mart Soy­qı­rı­mı­na ən la­yiq­li qiy­mət isə xal­qı­mı­zın Ümum­mil­li Li­de­ri Hey­dər Əli­yev tə­rə­fin­dən ve­ril­miş­dir. Be­lə ki, Ulu Ön­dər tə­rə­fin­dən im­za­la­nan 26 mart 1998-ci il tarix­li Fər­man­la 31 Mart Azər­bay­can­lı­la­rın Soy­qı­rı­mı Gü­nü ki­mi qeyd edil­mə­yə başla­nıl­mış­dır. Be­lə­lik­lə, o gün­dən baş­la­ya­raq xal­qı­mı­zın er­mə­ni cəl­lad­la­rı tə­rə­fin­dən soy­qı­rı­ma mə­ruz qal­ma­sı tək­zi­bo­lun­maz fakt­lar­la bü­tün dün­ya­ya bə­yan edil­mə­yə başla­nıl­dı. Bu isə özü­nü dün­ya­ya da­im məz­lum, “soy­qı­rım”la­ra mə­ruz qal­mış xalq kimi təq­dim edən, ta­ri­xi fakt­la­rı özü­nəməx­sus şə­kil­də təh­rif edə­rək sax­ta­laş­dı­ran, dünya ic­ti­ma­iy­yə­ti­ni çaş­dı­ran, yan­lış is­ti­qa­mə­tə yö­nəl­dən er­mə­ni­lər üçün əsl şok effek­ti ya­rat­mış­dı.

Be­lə­lik­lə, bu gün biz azər­bay­can­lı­lar bö­yük inam və əmin­lik­lə söy­lə­yə bi­lə­rik ki, öz haq­lı möv­qe­yi­ni qo­ru­yan, mü­da­fiə edən, ta­ri­xi hə­qi­qət­lə­ri dün­ya­ya bə­yan edən, düşmən üzə­rin­də si­ya­si, iq­ti­sa­di və hər­bi cə­hət­dən üs­tün, əzi­ci möv­qe­yə ma­lik müstəqil və azad öl­kə­nin və­tən­daş­la­rı­yıq.

Bu döv­lət la­yiq­li da­vam­çı, müd­rik rəh­bər, öz xal­qı­na, və­tə­ni­nə, adət və ənə­nə­lə­ri­nə, mil­li kim­li­yi­nə ca­nı və qa­nı ilə bağ­lı olan, onu da­im se­vən, ya­şa­dan İl­ham Əli­yev tərəfin­dən gün-gün­dən in­ki­şaf edir, möh­kəm­lə­nir və öz hər­bi qüd­rə­ti­ni ar­tı­rır. Bu isə gə­lə­cək­də 31 Mart Soy­qı­rı­mı ki­mi qan­lı fa­ciə­lə­rin bir da­ha tək­rar­lan­ma­ya­ca­ğı­nın ən eti­bar­lı tə­mi­na­tı­dır.

Bu gün xalqımız işğal edilmiş bütün tarixi torpaqları­mızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tez­liklə geri qaytarılacağına, öz hərbi-siyasi tarixinə yeni və parlaq zəfərlərlə imza atacağına əminliklə inanır.

Coşqun MƏMMƏDOV

AMEA Rəyasət Heyətinin elmi katibi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: