Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.04.2023 15:50
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu –  hesabat dövrü ərzində maksimum alışma 3256 (S22W74) oblastında  baş vermiş X 1.27 sinifli alışma olmuşdur. Günəşin səthində ləkələrin sayı azalmışdır. Hal-hazırda 4 aktiv ləkə qrupu müşahidə olunur,  aktiv ləkələrin sayı 57-dir. Bu period ərzində 4 qismən Yerə istiqamətlənmiş və 1 aprel tarixində 1 birbaşa Yerə istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınmışdır.  27 mart tarixinədək müşahidə olunan böyük tac dəliyi artıq görünmür.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli pik səviyyədə (max: 3867 pfu) olmuşdur, 10 MeV-dən çox enerjili proton seli bir qədər həyəcanlaşmışdır.

Hesabat dövründə Günəş küləyi 731 km/s-yə qədər sürətlənmişdir. Hal-hazırda isə Günəş küləyinin sürəti  Yer orbitində 461.5 km/san-dir. Planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 5.9 nT, radial istiqamətdə isə 2.44 nT təşkil edir.

Geomaqnit sahənin aktivliyi artaraq 30-31 mart tarixlərində zəif (G1) geomaqnit qasırğası baş vermişdir.  Hal-hazırda geomaqnit sahə sakitdir (2Kp).

Kosmik hava proqnozu - Proqnoz günlərində Günəş fəallığının stabil olacağı gözlənilir.  C sinif alışmanın baş vermə ehtimalı 25%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1%, X (R3)  sinif isə 1% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin 3-5 aprel tarixlərində yüksək səviyyələrə çatacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 5 aprelə kimi fon səviyyəsində qalacağı gözlənilir.  S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1% təşkil edir.

Günəş küləyi sürətinin bir neçə mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən artacağı gözlənilir.

Geomaqnit sahəsinin  3-5  və 10-11 aprel tarixlərində aktiv olacağı gözlənilir. Növbəti həftə üçün  maqnit qasırğası proqnozlaşdırılmır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: