AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyevanın “İbn Makula azərbaycanlı ziyalılar haqqında” kitabı çapdan çıxıb.
Yeni nəşrdə XI əsrdə Azərbaycanda olmuş görkəmli ərəb alimi İbn Makulanın (1030-1082) 60-dan çox azərbaycanlı, o cümlədən mühəddis, şair, dilçi, sufi, fəqih, sərkərdə haqqında məlumatı verilir. İbn Makula Gəncə məscidi və kitabxanasını ziyarət etmiş, yerli alimlərlə görüşüb fikir mübadiləsi aparmışdır. Onun Azərbaycan mədəniyyət mərkəzlərində fəaliyyət göstərmiş bir çox azərbaycanlı alim, o cümlədən özünün şeyxi olmuş İbn Xordadbeh haqqındakı məlumatı ilk mənbə kimi çox qiymətlidir.
Kitabın elmi redaktoru və ön sözünün müəllifi Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir