AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyası Azərbaycanın dəniz, su, quru ekosistemlərinin alqoloji və lixenobrioloji növlərinin inventarlaşması, onların yayılma yollarının müəyyən edilərək öyrənilməsi, herbari və alqoteka fondunun yeni növlərlə zənginləşdirilməsi istiqamətində fəaliyyət göstərir.
1941-ci ildə çoxillik ekspermental elmi təcrübələr, məlumat və ədəbiyyat bazaları əsasında, həmçinin növlərin inventarizsiyası nəticəsində Alqologiya və lixenobriologiya laboratoriyasnın nəzdində Herbari fondu yaradılıb. Laboratoriyaya aid yosun fondu alqoteka adlanır. Mühüm məlumatlara sahib olan alqotekada hər bir nüsxənin üzərində toplanıldığı yer və tarix qeyd olunmaqla xüsusi şəraitə qorunur. Herbaridə ümumilikdə 2813 nüsxə var. Bu nüsxələrə 1500 növ yosun, 811 növ şibyə və 502 növ mamır daxildir. Yosun nüsxələri Böyük Qafqazın cənub-şərq, Kür Dağarası çökəkliyi, Kiçik Qafqaz, Lənkəran, Orta Araz vilayətləri və Xəzər dənizindən toplanmış nümunələri əhatə edir. Həmçinin alqotekada 1000-dən çox daimi preparatlar vardır ki, hazırda onlar elektron mikroskopiya üçün istifadə edilir.
Fondda çox nadir, nəsli kəsilmək üzrə olan hətta, 1800-cü illərdən aid görkəmli alimlərin topladığı mamır nüsxələri saxlanılır. Buna əsasən deyə bilərik ki, fondun herbari bazasının qorunub saxlanılması və növbəti nəsillərə çatdırılması əhəmiyyətlidir. Şibyə nüsxələri də herbari üçün vacib əhəmiyyət daşıyır. Herbaridə ancaq Azərbaycan florasına aid şibyə nüsxələri deyil, eləcə də qonşu ölkələrin floralarına aid nüsxələr saxlanılır. Herbariyə aid olan ən qədim şibyə nüsxəsi 1844-cü ilə aiddir.
Şəkər MUXTAROVA, Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri, b.ü.f.d.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.