Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dendrologiya İnstitutunun əməkdaşları patent alıblar
06.04.2023 15:54
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları patent alıblar

Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova, Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının müdiri, biologiya elmləri doktoru Zümrüd Məmmədova və institutun disertantı Vaqidə Məmmədovanın birgə ixtirası patent alıb.

Azərbaycan Respublikasıını Əqli Mülkiyyət Agentliyinin qərarına əsasən, “Rozmarinin çoxaldılması ” (İ2023  0014) adı  altında patent – ixtira iddia sənədi dövlət reyestrində qeyd olunaraq patentləşdirilib.

Bioloq alimlər tərəfindən Abşeron şəraitində aparılan çoxillik tədqiqatlar əsasında Rozmarinus L. cinsinə aid növlərin əlverişli çoxaldılma üsulları araşdırılıb.

Məqsəd əsasən Rozmarinus L. cinsinə aid növlərin bioloji xüsusiyyətlərini, çoxaldılma üsullarını öyrənmək və ondan alınan efir yağlarının tibbdə müasir yanaşmalarla tədqiq etməkdir. Bu bitkidən alınan efir yağlarından tibb, ətriyyat-kosmetika, kulinariyada, həmçinin hazırlanan cövhərdən baş ağrılarında, soyuqdəymədə, mədə-bağırsaq xəstəliklərində, sidikqovucıı vasitə kimi istifadə olunur. Hazırda bir sıra ölkələrdə rozmarindən qiymətli dərman bitkisi kimi müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: