Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.05.2024 12:23
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Dünya evimizdir” mövzusunda elmi-praktiki konfrans keçirilib

Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Dünya evimizdir” mövzusunda elmi-praktiki konfrans keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzi və Vərəzət kənd orta məktəbinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dünya evimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şəki rayon Vərəzət kənd orta məktəbinin direktoru Xədicə Nurməmmədova milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, şagirdlərin bu dəyərlərə məhəbbət ruhunda tərbiyə olunması, onlarda yaradıcı düşüncə meyillərinin gücləndirilməsi məqsədilə təşkil olunmuş konfransın əhəmiyyətini vurğulayıb.

Sonra Landşaftşünaslıq şöbəsinin müdiri geo-min.ü.f.d. Hüseyn Mustafabəyli çıxış edərək tədbirin ölkəmizdə 2024-cü il ərzində yaşıl dünyanın qorunması sahəsində fəaliyyətin genişləndirilməsi və ətraf mühitin mühafizəsi istiqamətində görüləcək işlərin intensivləşəcəyinə bir çağırış olduğunu vurğulayıb.

Daha sonra Ekoloji coğrafiya şöbəsinin müdiri coğ.ü.f.d. Qafqaz Ağabalayev, biologiya müəllimi Qumru Xəlilova, Ekoloji biofizika şöbəsinin elmi işçisi Ayşən Salmanova, coğrafiya müəllimi Şəfəq Zahirova, Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi Tural Adışirinov, Zeynəb Həmidli, Nəzrin Əhmədova, Fidan Nuriyeva dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirləri, eləcə də ekoloji mədəniyyət mövzuları ətrafında çıxış ediblər.

Konfransda bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, onların ətraf mühitə mənfi təsiri, təbiətə qayğının vacibliyi haqqında müzakirələr aparılıb.

Sonda tədbirin təşkilində göstərdiyi dəstəyə görə Vərəzət kənd orta məktəbinin direktoru Xədicə Nurməmmədovaya Şəki Regional Elmi Mərkəzinin təşəkkürnaməsi təqdim olunub. Həmçinin Mərkəz tərəfindən orta təhsil müəssisəsinə müxtəlif kitablar hədiyyə edilib.

Rəsmi hissə başa çatdıqdan sonra bədii hissədə musiqilər, şeirlər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: