Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

NASA: Öz qalaktikasını tərk edən nəhəng qara dəlik yolunda ulduzlar buraxır
10.04.2023 09:15
  • A-
  • A
  • A+

NASA: Öz qalaktikasını tərk edən nəhəng qara dəlik yolunda ulduzlar buraxır

Öz qalaktikasını tərk edən nəhəng qara dəlik yolunda ulduzlar buraxır. Bu barədə ABŞ-ın Aerokosmik Agentliyi (NASA) məlumat yayıb.

NASA-nın “Hubble” kosmik teleskopu tərəfindən təsadüfən aşkarlanan superkütləli qara dəlik indi kosmosda uçur və arxasında ulduzların qırıntılı yolunu buraxır. Agentliyin dəstəklədiyi yeni bir araşdırmaya görə, boş fəzada bir göz qırpımında kosmosda dolaşan və arxasında 200 min işıq ili uzunluğunda ulduzların qırıntıları yolunu buraxan nəhəng qara dəlik var. Çəkisi 20 milyon günəş kütləsi olan bu nəhəng cisim o qədər böyük iz qoyub ki, elm adamlarının indiyədək gördükləri hər şeyi - Süd yolu qalaktikasının özündən iki qat daha geniş olan fəzanı üstələyir.

Astronomlar bildirirlər ki, qara dəliklər böyük bir ulduz öldüyü zaman əmələ gələn cazibə konsentrasiyasıdır. Onlar o qədər güclüdür ki, heç nə, hətta işıq belə təsir dairəsindən qaça bilmir. Bütün kainatda çox sayda qara dəliklər var. Bir araşdırma, hətta müşahidə edilə bilən kainatdakı qara dəliklərin sayının təxminən 40 katrilyon olduğunu iddia edir. Çox sirli, heç bir işığın onları görə bilməyəcəyi bir sonsuz fəzada qara dəliklərin ətrafdakı göy cisimlərinə təsiri tədqiq edilir. Nəhəng qara dəliklər daha böyükdür, texniki olaraq 100 mindən çox günəş kütləsi ilə ölçülür. Lakin elələri var ki, hətta milyonlarla və milyardlarla günəş kütləsi qədərdir. Bu qara dəliklər əksər spiral qalaktikaların mərkəzində tapıla bilər. Süd yolu qalaktikamız istisna deyil, belə ki, “Oxatan A*” qara dəliyi mahiyyətcə bütün qalaktikanın ətrafında fırlanan göy cismidir.

Alimlər ehtimal edirlər ki, kənar qalaktikalarda nəhəng qara dəliklər güclü kosmik qasırğadan sonra hərəkətlənir. Bəzi astronomlar bu prosesi iki və daha çox qalaktikanın birləşməsi nəticəsində baş verdiyini də iddia edirlər. Məsələn, “Hubble” teleskopu üç qalaktikanın birləşməsini qeydə alıb.

Bizim Süd yolu qalaktikamız yaxın bir neçə milyard il ərzində qonşumuz Andromeda qalaktikası ilə birləşməyə hazırlaşır. Bu baş verdikdə, hər iki qalaktikanın planetləri və ulduzları adətən bir-biri ilə toqquşmur, çünki aralarında çox boşluq var. Bununla belə, bir-birinin orbitində fırlanan nəhəng qara dəliklər kosmosdakı göy cisimlərini məhv edə bilər. Bir neçə milyon il ərzində superkütləli qara dəliklər nəhayət birləşə bilər ki, bu da bütün yeni qalaktika üçün böyük qravitasiya təsirlərinə səbəb olacaq.

Astronomlar hesab edirlər ki, üç qara dəliyin toqquşması bilyard oyununu xatırladır. Belə ki, kosmik qasırğa o dərəcədə şiddətlənir ki, onlardan biri öz qalaktikasını tərk etməli olur. Burada cazibə qüvvəsinin böyük rolu var. Ən maraqlısı odur ki, qalaktikanı tərk edən nəhəng qara dəlik ulduzları udmaq yerinə, arxasında kəhkəşan buraxır. Bunun səbəbi qara dəlik və onun təmasda olduğu qaz arasındakı qarşılıqlı təsirdir, çünki o, çox sürətlə hərəkət edir və nəzəri olaraq Yerlə Ay arasındakı bütün 384 min kilometrlik məsafəni cəmi 14 dəqiqəyə qət edə bilir.

Lakin bu prosesi daha dərindən araşdırmaq üçün NASA geniş araşdırma aparmalıdır. “James Webb” kosmik teleskopu və “Chandra X-ray” rəsədxanası kimi inkişaf etmiş teleskoplardan istifadə bu qəribə qara dəlik hərəkətlərinə daha çox işıq sala bilər.

AzərTac

  • Paylaş: