Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin aşağıdakı yeni tərkibi təsdiq edilsin:
Redaksiya heyətinin sədri
Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri.
Redaksiya heyəti sədrinin müavini
Akif Əli Zadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.
Məsul katib
Qərib Məmmədov - AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.Azərbaycan Respublikası
Redaksiya heyətinin üzvləri:
Elmar Məmmədyarov — xarici işlər naziri
Şahin Mustafayev — iqtisadiyyat və sənaye naziri
Natiq Əliyev — energetika naziri
Ziya Məmmədov — nəqliyyat naziri
Heydər Əsədov — kənd təsərrüfatı naziri
Hüseynqulu Bağırov — ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev — mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov — təhsil naziri
Oqtay Şirəliyev — səhiyyə naziri
Əli Abbasov — rabitə və informasiya texnologiyaları naziri
Azad Rəhimov — gənclər və idman naziri
Arif Vəliyev — Dövlət Statistika Komitəsinin sədri
Xoşbəxt Yusifzadə — AMEA-nın həqiqi üzvü, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
birinci vitse-prezidenti
Kamal Abdullayev — AMEA-nın müxbir üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Bakı Slavyan Universitetinin rektoru
Əhliman Əmiraslanov — AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru
Abel Məhərrəmov — AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru
Ziyad Səmədzadə — AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Yaqub Mahmudov — AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri
Məhərrəm Babayev — AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru.
2. “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 1436 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 318) 2-ci hissəsi ləğv edilsin.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2013-cü il.