AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudov Milli Aviasiya Akademiyasında Ulu Öndərin 102-ci il dönümünə həsr olunmuş “Azərbaycanda nəqliyyatın aktual problemləri” mövzusunda keçirilən XXVI elmi-texniki tələbə konfransında iştirak edib.
Rza Mahmudovun həmsədrlik etdiyi “Hidrometeorologiya və ətraf mühit” bölmə iclasında magistr tələbələr regional iqlim dəyişmələri və onun ətraf mühitə, xüsusən aviasiya nəqliyyatına, müasir ekoloji problemlərin həlli istiqamətlərinə yönəlmiş tədqiqatlar barədə 19-a yaxın maraqlı elmi məruzələrlə çıxış ediblər.
İclasın sonunda professor çıxış edərək hidrometeorologiya, iqlim dəyişmələri və ekoloji problemlər istiqamətində prioritet elmi tədqiqatlardan danışıb, magistr tələbələrə maraqlı məruzələrinə görə təşəkkür edib, gələcəyin tədqiqatçılarına yeni uğurlar arzulayıb.
Tədbirin sonunda fərqlənən tələbələrə xüsusi sertifikatlar təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.