AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru Vüqar Əhməd Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Doğumunun 100-cü ildönümündə Şeyxülmuharririn Ahmet Kabaklı” medalına layiq görülüb.
Həmçinin professor Vüqar Əhməd Türk dünyası və türk mədəniyyətinə göstərdiyi xidmətlərə görə Türk Ədəbiyyatı Vəqfinin Fəxri üzvü seçilib. Medalın və üzvlük vəsiqəsinin təqdimetmə mərasimi Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.