AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Mükafat Komitəsinin 2023-cü il 3 fevral tarixli qərarı ilə “İstiqlal” ordeninə və “Türk dünyasında ilin adamı” beynəlxalq mükafatına layiq görülüb.
Tarixçi-alimə “İstiqlal” ordeni Türk dünyasının elm və təhsilindəki böyük xidmətlərinə görə, “Türk dünyasında ilin adamı” beynəlxalq mükafatı isə 2022-ci ildəki uğurlarına görə verilib.
Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl TDABEA-nın həqiqi üzvü seçilib və akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı, Beynəlxalq Atatürk Mükafatı və 2019-cu il üçün “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatı ilə təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.