Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.05.2023 15:15
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantı respublika konfransında çıxış edib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantı respublika konfransında çıxış edib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Qeyri-üzvi Kimya” ixtisası üzrə təhsil alan I kurs magistrant Gülanə Şükürlü Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr edilmiş magistrantların XXIII respublika elmi konfransında iştirak edib.

G.Şükürlü konfransda “Dəmir və molibdenin alkiltsiklopentadienilkarbonil dimer kompleks­lərinin sintezi” mövzusu üzrə onlayn formatda çıxış edib. Magistrant laboratoriyada bu istiqamətdə  apardığı tədqiqat işləri barədə geniş məlumat verib və alınmış nəticələri konfrans iştirakçılarına çatdırıb.

Sonda iştirakçılar tərəfindən mövzu üzrə verilən suallara ətraflı cavab verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: