“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin dəstəyi ilə Mərkəzi Elmi Kitabxanada (MEK) “Viki-mən” layihəsinə start verilib.
Layihənin açılış mərasimində təşkilat nümayəndələri, ekspertlər, təlimçilər və layihəyə seçilmiş gənclər iştirak ediblər.
“Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin əməkdaşları Elnur Eltürk, Ofelya Zöhrablı, AMEA Mərkəzi Elmi Kitabxananın “Vikipediya” təlimçisi Səbinə Abızadə layihənin əhəmiyyətindən danışaraq, müasir dünyamızda “Vikipediya” virtual platformasının informasiya müharibəsində rolunu, önəmini diqqətə çatdırıblar.
Həmçinin çıxışçılar gənclər tərəfindən ünvanlanan sualları cavablandırıblar.
Qeyd edək ki, 150-dən çox gəncin müraciət etdiyi layihədə müsahibə mərhələsini uğurla keçmiş 25 nəfər gənc iştirakçı haqqı qazanıb. 1 ay davam edəcək layihədə gənclər qruplar şəklində 8 sessiyadan ibarət praktiki “Vikipediya” təlimlərində iştirak edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.